Müsəlman taksi sürücüsü sərnişinə 10 min funt sterlinqi qaytardı – FOTO

MARAQLI
17:10 06.04.2015
1812

“Mən şokda idim”.

Britaniyalı müsəlman – taksi sürücüsü sərnişinə 10 min funt sterlinqi qaytarıb, The Mirror qəzeti bildirib.

Oxu.Azxəbər verir ki, nəşrin məlumatına əsasən, avtomobil satışı ilə məşğul olan 46 yaşlı Edrian Kuinn Mərkəzi İngiltərə qraflığında Birmingem yaxınlığında taksidə içində nağd pul olan çantanı unudub.

“Mən nə etdiyimi başa düşəndə şokda idim. Bu pulların itməsi biznesimin sonu demək idi”, - Kuinn deyib.

Britaniyalı avtomobil dayanacağına gəlib və sürücü Muhammed Nisar ona içində pul olan çantanı qaytarıb.

Kuinn taksi sürücüsünü əbədi dost adlandırıb və ona düzlüyünə görə mükafat təqdim edib.

OXŞAR XƏBƏRLƏR