Müsəlman yorğanı (KÖŞƏ)

Müsəlman yorğanı (KÖŞƏ)
KÖŞƏ
02:23 27.10.2011
2204
Dava yorğan davası imiş. Sən demə, Liviyada aylarla tökülən qanların ardınca ilk həyata keçirilməli islahat çoxarvadlılığın rəsmən icazə verilməsi imiş. Və sən demə… Qəddafi rejiminə qarşı ən münasib quruluş elə Milli Keçid Şurasının İslam Respublikasına keçid qərarı imiş. Lənət şeytana!Qəliz-qəliz cümlələri bir kənara qoyuram. Bu barədə niyə gec yazmağımın səbəbini də yazmayacam. BMT Təhlükəsizlik Şurasına üzv olmağımızın kəsb etdiyi əhəmiyyətə də toxunmayacam. Sadəcə, deyəcəm ki, dərs alın! Lap Obama kişinin dediyi kimi.Qəddafinin və oğlunun başına gətirilənlər 42 illik “ata tərbiyəsi”nin “övlad bəhrəsi”ni göstərdi. 42 illik “ye, iç, şükr elə” prinsipinin fiaskosu göründü. Artıq, “səxavətli diktatura” anlayışı da yoxa çıxdı. Diktatura diktaturadır. Deməli, sonu yoxdur. Amma bu, o demək deyil ki, diktatura gedərkən, yerinə hər nə gəldi qoymaq olar.Daha aydın izah edim fikrimi. Həmişə ərəbdilli xalqlar arasında ən aşağı səviyyəli xalq olan və ərəblərin də ərəb saymadığı liviyalılar (ərəbləşmiş bərbərlər) özlərinin “haqq mübarizələri”ni göstərdilər. Amma bu xalqı da qınamaq olmaz. Xalq ağlını itirdi. Sözün əsl mənasında.Sosial şəbəkələrdən başlayan inqilab bağlı qapılar arxasında cızılan planların ixtiyarına keçdi. Və hər şey də bundan sonra başladı. Qəddafinin “quduracağı nöqtəni” gözləyən Qərb birdən radikallaşdı, xalqı cırnadıb nə isə qazanmaq istədi. Qazandı da. Yox, bütün yazarların artıq dedikləri sözləri təkrarlamaq istəmirəm.Sadəcə istəyirəm ki, deyim… Daha doğrusu, bir də təkrar edim: Dərs alın!Liviyalılar 42 il Qəddafinin nəzir-niyazı ilə dolanıb sonda ayıldılar ki, hardasa başqa cür də quruluşlar var, hardasa daha ədaləti sistemlər var… Bəs harda? Necə? Bu nağıılar idi, ya təxribat? Mahiyyət eyni.Alınmadı, bərbərlərinki alınmadı. İtaliya 100 il bundan əvvəl başladığı işğalı bu günlərdə tamamladı. Fransa Şərqin atoynadanlarından birini böyrüüstə qoydu. Və Şərqdə yeni nifaq toxumu cücərməyə başladı. Yeni İraq, yeni Əfqanıstan, yeni Taliban…Burnunun altındakı Kubayla “bacarmayan” (məhəl qoymayan) ABŞ-ın indi daha böyük hədəfləri var. Dinamik xalq kütlələri ilə oynamaqla, bu hədəflər daha tez əlçatandır. Dərs alın!Növbədə hansı ölkə olursa olsun, Azərbaycan da bu proseslərdən öz payını, təsirini alır. Necə ki, mart-aprel söhbətləri… Mən mitinqə çıxan gəncləri qınamıram, onların hamısının öz səbəbi var idi. Niyə inkar etməliyik ki, bu gün ölkəmizdə ürəkbulandıran məqamlar çox saydadır?Mən heç kimi qınamıram. Sadəcə, bir məsəl var: Qaş düzəltmək yerinə, vurub gözü çıxartmaq. Bax, çalışın ki, sizdə ondan olmasın.Sizə dərs vermək əvəzinə “hörmət” tarifləri oxuyanlara dərs verin, sizə adi arayış qarşısında hökumətin kağızına da 20-30 manat pul istəyənlərə dərs verin.. Və nəhayət, öz evinizi, öz ölkənizi səbrlə, soyuq başla səhmana salmağa çalışın.Qısası, yaşadıqca dərs alın. Çünki bu ölkəni savadlı və ziyalı təbəqə yüksəldəcək. Əgər, yüksəlmiriksə, bizim günahımızdır. Dərs ala bilmirik.

Bir də ki… Dərs alanda yorğanınızdan bərk-bərk yapışın!

Rüfət ƏHMƏDZADƏ

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
BMT Ukraynada atəşkəsi alqışlayacaq
00:30 13.03.2025
BMT Ukraynada atəşkəsi alqışlayacaq
Azərbaycan millisi Xorvatiyada güllə atıcılığı üzrə Avropa Çempionatında bürünc medal qazanıb
00:11 13.03.2025
Azərbaycan millisi Xorvatiyada güllə atıcılığı üzrə Avropa Çempionatında bürünc medal qazanıb
Polşanın Baş naziri Avropanın təhlükəsizliyi ilə bağlı Ərdoğandan kömək istəyib
23:57 12.03.2025
Polşanın Baş naziri Avropanın təhlükəsizliyi ilə bağlı Ərdoğandan kömək istəyib
Goranboyda yanacaqdoldurma məntəqəsində yanğın olub
23:51 12.03.2025
Goranboyda yanacaqdoldurma məntəqəsində yanğın olub
On bir yaşlı azərbaycanlı ABŞ-də olimpiadaya vəsiqə qazanıb-FOTOLAR
23:32 12.03.2025
On bir yaşlı azərbaycanlı ABŞ-də olimpiadaya vəsiqə qazanıb-FOTOLAR
Putin Ukrayna ordusunun hücumundan sonra ilk dəfə Kursk vilayətinə səfər edib
23:21 12.03.2025
Putin Ukrayna ordusunun hücumundan sonra ilk dəfə Kursk vilayətinə səfər edib
Trampın xüsusi nümayəndəsi bu həftə Moskvaya səfər edəcək
23:11 12.03.2025
Trampın xüsusi nümayəndəsi bu həftə Moskvaya səfər edəcək
Avropa çempionatı: Azərbaycanın daha bir qadın güləşçisi qızıl medal qazanıb
23:00 12.03.2025
Avropa çempionatı: Azərbaycanın daha bir qadın güləşçisi qızıl medal qazanıb
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında finala yüksəlib
22:56 12.03.2025
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında finala yüksəlib
Tramp əvvəllər sülh istəməyən Zelenskinin indi sülhə razı olduğunu deyib
22:41 12.03.2025
Tramp əvvəllər sülh istəməyən Zelenskinin indi sülhə razı olduğunu deyib
Komitə sədri: Azərbaycan yerləşdiyi region ölkələri sırasında bütün parametrlər üzrə önə çıxmağı bacardı
22:33 12.03.2025
Komitə sədri: Azərbaycan yerləşdiyi region ölkələri sırasında bütün parametrlər üzrə önə çıxmağı bacardı
Azərbaycan universitetləri dünyanın ən yaxşılarının reytinqində
22:23 12.03.2025
Azərbaycan universitetləri dünyanın ən yaxşılarının reytinqində
Azərbaycan XİN Pakistanda sərnişin qatarındakı terror aktı ilə bağlı bəyanat yayıb
22:20 12.03.2025
Azərbaycan XİN Pakistanda sərnişin qatarındakı terror aktı ilə bağlı bəyanat yayıb
Tramp: Ukrayna ilə bağlı danışıqlarda ərazilər mövzusu müzakirə olunur
22:13 12.03.2025
Tramp: Ukrayna ilə bağlı danışıqlarda ərazilər mövzusu müzakirə olunur
Kürdəmirdə qatarın qarşısına qəfil insan çıxması faciə ilə nəticələniib
21:51 12.03.2025
Kürdəmirdə qatarın qarşısına qəfil insan çıxması faciə ilə nəticələniib
Beynəlxalq Cinayət Məhkəməsi Filippinin sabiq prezidentini həbs edib
21:42 12.03.2025
Beynəlxalq Cinayət Məhkəməsi Filippinin sabiq prezidentini həbs edib