Xristianlardan ibarət kütlə avtobusda gedən bir müsəlmana hücum edib, onu zorla avtobusdan düşürdüb. Müsəlman kişini bıçaqla yaralayıb və döyərək öldürdükdən sonra ona od vurublar. Bu zaman ətrafdakılar azğınlaşmış kütlədən bir nəfərin kişinin ayağını qopardıb yediyinin şahidi olublar.
Ouandja Magloire adlı hannibal BBC müxbirinə deyib ki, o hamilə arvadı, baldızı və uşağının öldürülməsinə cavab olaraq bu addımı ataraq intiqam alıb. O, bildirib ki, müsəlmanlar onun yaxınlarını öldürüblər. Şahidlər hadisəyə müdaxilə etməyib və olanların görüntülərini çəkiblər.
Şahidlərdən biri bildirib ki, insan ətini kütlədə olan digərləri də yeyib. Hətta bir nəfər meyidin qolunu qoparıb və yaxınlıqdan çörək alaraq çörəklə yeməyə başlayıb. Çoxları bu səhnəyə baxa bilməyib, bəziləri dəhşətdən qışqırırmış, digərləri isə özlərini saxlaya bilməyib qusurmuş. Sunday Telegraph qəzeti isə yazır ki, bu, MAR-da baş verən yeganə hanniballıq deyil, oxşar hadisələr əvvəl də olub.(publika.az)