Müsəlmanları təhqir edən turist otelə buraxılmadı

Müsəlmanları təhqir edən turist otelə buraxılmadı
DÜNYA
14:56 02.09.2025
319
Bosniyanın Mostar şəhərində müsəlmanları təhqir edən israilli turist otelə buraxılmayıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İsrailin Ynet xəbər saytı məlumat yayıb.
 
İsrail vətəndaşı Ynet-ə verdiyi açıqlamada milli mənsubiyyətinə görə ölkəyə girişinin qadağan edildiyini desə də, həmin otelin sahibinin qızı Anadolu Agentliyinə verdiyi açıqlamada bu iddiaları təkzib edib.

Adının açıqlanmasını istəməyən otel sahibinin qızı israilli turistin qalmasının təhlükəsizlik səbəbiylə ləğv edildiyini bildirərək "Ölkəmizi təhqir edən heç kəs bizim evimizdə qala bilməz. Sözügedən şəxs qapının önündə müsəlmanların ünvanına təhqiramiz ifadələr işlədib. O, icazə verilən yerlərdə belə şeylər deyə bilər, burada deyil" - deyə bildirib.
 
Qadın qeyd edib ki, onlar sözügedən rezervasiya şirkəti ilə əməkdaşlığa son qoyublar və araşdırmalar davam etdiyi üçün əlavə məlumat verə bilməyəcək.
 
Mikayıl

OXŞAR XƏBƏRLƏR