01:02 çərşənbə Axşamı, 18 Fevral 2020
Seçki2020

Müşfiq Cəfərov “Könüllülər İlində” seçki kampaniyasına könüllülərlə start verdi

14:06, 19.01.20203708
Müşfiq Cəfərov “Könüllülər İlində” seçki kampaniyasına könüllülərlə start verdi
39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Müşfiq Cəfərov "Könüllər İlində” seçki kampaniyasına könüllülərlə start verdi

AZXEBER.COM xəbər verir ki, 39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Müşfiq Cəfərov təbliğat təşviqat kampaniyasında yeni bir səhifə açdı. Son illərdə könüllülük prinsiplərinin ölkə səviyyəsində geniş vüsət alması və Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2020-ci ilin "Könüllülər ili” elan edilməsi haqqında sərəncam imzalamasının bu sahəyə dövlət marağının bariz nümunəsidir.
 
Məhz bunu əsas tutaraq 39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyasının namizədi Müşfiq Cəfərov təbliğat-təşviqat işlərinə gənc könüllülərlə start verdi.
 
Artıq neçə ildir ki, cəmiyyətimizin, əl-əxsus da gənclərimizin rifahının daha da yaxşılaşdırılmasını qarşıya məqsəd qoymuş namizəd Müşfiq Cəfərov seçki kampaniyasının gənc könüllülərlə birgə daha aktiv şəkildə təbliğ olunmasına inanır.
 
Təbliğat-təşviqat dövründə könüllülər sonadək gənc namizəd Müşfiq Cəfərova tam dəstək verəcəklərini söylədilər və dairə üzrə hər bir məntəqəyə aid olan ərazidə təbliğat-təşviqat materiallarını paylamağı, o cümlədən namizəd haqqında seçicilərə ətraflı məlumat verməklərini və namizədlə seçicilərin görüşlərini təşkil olunmasında yaxından iştirak edəcəklərini söylədilər.
 
Görüşüm rəsmi hissəsi başa çatdıqdan sonra könüllülər namizədlə xatirə şəkli çəkdirdilər və şəhər gəzintisi edərək, çay süfrəsi arxasında səmimi söhbətlərini davam etdirdilər.
 
 
 

 

 

 

 

 

 

 

 

 

 


XƏBƏR LENTİ