Müşfiq Cəfərov: "Milli varlığımız böyük təhdidlə qarşı-qarşıyadır"

Müşfiq Cəfərov: "Milli varlığımız böyük təhdidlə qarşı-qarşıyadır"
SOSİAL
15:22 25.06.2020
727

"Pandemiya ilə mübarizə hər ölkədə müxtəlif üsullarla aparılır. Hər bir dövlət mübarizə üsulunu xalqının psixologiyasına, etnik xüsusiyyətlərinə görə uyğunlaşdırdı. Son 3-4 aya nəzər salsaq, görərik ki, əslində dünyada hazırda eyni proseslər gedir".

AZXEBER.COM-un məlumatına görə, bu fikirləri Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.

Deputat qeyd edib ki, hər bir dövlət vətəndaşından mənəvi dəstək, həmrəylik gözləyir. Bu mənada ziyalılara, tanınmış simalara böyük iş düşür: "Dövlətin bu vəziyyətindən istifadə edib, xalqda çaşqınlıq yaratmaq əvəzinə xalqı həmrəyliyə dəvət etmək lazımdır. Həmfikir olmayan insanlar belə siyasi fəlsəfi görüş və düşüncələr arasındakı ziddiyətləri kənara qoyub, bütün gücünü, bacarığını bu mübarizəyə həsr etməlidir. Çünki səbəb çox sadədir: bir xalqın etnosunun, milli varlığının yox olma təhlükəsi var. Milli varlığımız böyük təhdidlə qarşı-qarşıyadır. İndi bir olub, fikir mübadiləsi aparmaq, təkliflər irəli sürmək vacibdir. Yetərincə xəstəxana aparatura, çarpayı olması dövlətin öhdəsinə düşür. Bütün bu vacib amillər təmin edilsə belə, həkim çatışmazlığı, kadr əskikliyi xəstəliklə mübarizəni çətinləşdirə bilər. Nəzərə alaq ki, biz bu mübarizədə çox savadlı həkimlərimizi itirdik". 

M.Cəfərov İtaliyadan misal çəkməyi də vacib sayıb: "Səhiyyə sisteminda dünya "10-luğ"unda 4-cü yerdə dayanan italya xalqının mübarizə yolunu xatırlayaq. Hökümət qadağa, qapanma, özünütəcrid qoyur, xalq isə tabe olmaqdan imtina edib, küçələrə axışırdı. Hətta yürüşlər keçirilirdi. Hökümət sərt qadağalara görə demokratlar tərəfindən tənqid edilir, dəstəklənmirdi. Bunun acı nəticələrini İtalya xalqı yaşadı".

Deputat vurğulayıb ki, hazırda ölüm sayına görə dünyada birinci yerdə gedən ABŞ da eyni proseslerdən keçib: "ABŞ-ın Roll Call informasiya saytının məlumatına görə, Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Enton Fauci xalqın koronavirusa münasibətini qarışıq çanta adlandırıb. Həmin agentliyin verdiyi informasiyaya baxsaq, görərik ki, ABŞ prezidenti demokratların tənqidinə məruz qalır, pandemiya ilə bağlı saxta məlumatlar verməkdə ittiham olunurdu. Fauci paneldəki çıxışında da daha çətin günlərin qabaqda olduğunu və daha çox test həyata keçirməli olduqlarını söyləyir. O bildirir ki, dünyadakı xalqlar virusa tutulmamaq, təcrid olunmaq və xəstəliyin təsirini azaltmaq üçün daha çox çalışmalıdırlar. Faucinin fikrincə, vaksinin tapılması, onun tətbiqi kimi bütün proseslər vaxt aparacaq. O, bu müddətdə izolosiyanın vacibliyini qeyd edir".

M.Cəfərov dünyanın digər aparıcı dövlətlərindəki vəziyyətə də diqqət çəkib: "İngiltərə ölüm faktının çoxluğuna görə hazırda dünyada 3-cü yerdə durur. İngilislər postpandemiya dövründə iqtisadi tərəflərini düşünməyə və iqtisadiyyata dəyən zərəri qabarıq şəkildə təhlil etməyə başlayıblar. Həmçinin İspaniya da infeksiyanın şoku ilə maliyyə çöküşü yaşadıqlarını bəyan edib. Ümumiyyətlə, dünya ölkələrinin borc yükü artmaqda iqtisadiyyat isə çökməkdədir. Bu proseslərin təməlində vətəndaş-iqtidar birliyinin olmaması kimi qiymətləndirilir. "Worldometer"in məlumatına görə, pandemiyadan ən çox zərər çəkən ABŞ-da itki sayı 124 282 nəfərə çatıb. Dünya üzrə yoluxma isə artıq 9 milyon 555 min 762 nəfərdir".

Sonda deputat epidemioloqları narahat edən məsələyə toxunub: "Hələ də vaksinin tapılmaması və vaksin əldə olunsa belə, effektivliliyi düşündürücüdür. Belə bir vəziyyətdə hələ də inam yoxdursa, bu, hökümətin deyil, artıq vətəndaşların informasiya axınında düzgün mövqe tuta bilməməsindəndir. İnformasiyanın sərbəstliyi və güclü axını belə kritik vəziyyətdə təhlükəli hala çevrildi. İnformasiya bolluğu və müxtəlifliyin çaşqınlığa səbəb olduğu açıq-aşkar görünür".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
14:17 16.09.2025
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
14:13 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
14:12 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
13:51 16.09.2025
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
13:41 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
13:38 16.09.2025
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
13:36 16.09.2025
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
Sentyabrın 21-də Günəş tutulması olacaq
13:30 16.09.2025
Sentyabrın 21-də Günəş tutulması olacaq
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
13:20 16.09.2025
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
13:07 16.09.2025
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
12:52 16.09.2025
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
12:48 16.09.2025
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
12:45 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
12:22 16.09.2025
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
Nazpəri Dostəliyeva: Onun məzarına  gəlməyi özümə borc bildim
12:14 16.09.2025
Nazpəri Dostəliyeva: Onun məzarına gəlməyi özümə borc bildim
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
12:10 16.09.2025
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"