Rabitə və Yüksək Texnologiyalar Nazirliyində müşavir təyinatı olub.
Nazir Əli Abbasovun əmri ilə qurumun mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov nazirin müşaviri təyin edilib.
Nazirliyin informasiya-təbliğat işi, ictimaiyyətlə əlaqələr, multimedia mərkəzi və internet resurslarına ümumi rəhbərlik nazirin müşavirinin səlahiyyətlərinə aiddir.
M. Əmirov “APA-Economics”ə faktı təsdiqləyib və göstərilən etimada görə təşəkkürünü bildirib.