Musiqi dinlədiyinə görə iki qonşusunu qətlə yetirdi

Musiqi dinlədiyinə görə iki qonşusunu qətlə yetirdi
DÜNYA
16:50 02.11.2023
165
Bruklində qəzəbli afroamerikalı yüksək səsli musiqiyə görə iki qonşusunu güllələyib.

AZXEBER.COM xəbər verir ki, Bruklin şəhərində yaşayış binasında iki nəfərin öldürülməsinin görüntüləri internetdə yayılıb. Səlahiyyətlilər bildiriblər ki, qurbanlar Şərqi Flatbuşdakı yaşayış binasında tapılıb.

Polisin dediyinə görə aşağı mərtəbədə yaşayan kişi yuxarıdakı qonşuların daimi yüksək səslə musiqi dinləməsindən yorulub, sonra onların mərtəbəsinə qalxıb, silahı çıxarıb və hər ikisini güllələyib. 

Ölənlərin 47 yaşlı Bladimi Maturin və onun 27 yaşlı övladlığa götürdüyü Çinvay Mode olduğunu qeyd edilib.

Aysel
OXŞAR XƏBƏRLƏR