Bakıda onlarla əməkdaşın maaş kartlarını ələ keçirən vəzifəli şəxsə cinayət işi açıldı - RƏSMİ

Bakıda onlarla əməkdaşın maaş kartlarını ələ keçirən vəzifəli şəxsə cinayət işi açıldı - RƏSMİ
SOSİAL
15:12 15.05.2020
2521
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nəzdində H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Mehriban Rüstəmovanın məktəbdə işləyən müəllimlərin əmək haqlarını mənimsəməsi barədə daxil olmuş məlumat Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılmışdır.

AZXEBER.COM-a daxil olan məlumata görə, keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Mehriban Rüstəmovanın vəzifə səlahiyyətlərindən sui-istifadə edərək məktəbdə çalışan ayrı-ayrı müəllimlərə məxsus əməkhaqqı kartlarını qanunsuz ələ keçirib həmin kartlara köçürülmüş pul vəsaitlərini bankomatdan şəxsən çıxarmaqla, habelə müəllimlərin əməkhaqqı kartlarına köçürülmüş aylıq əməkhaqqının əhəmiyyətli hissəsini tələb edərək küllü miqdarda pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edildiyindən fakt üzrə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanmışdır.

Məhkəmə qərarına əsasən M.Rüstəmovanın xidməti otağında, ona məxsus Nəsimi rayonunda yerləşən yaşayış evində və avtomobilində keçirilmiş axtarış nəticəsində rəhbərlik etdiyi musiqi məktəbinin müəllimlərinin adlarına olan 40 ədəd plastik kart, müxtəlif ölkələrin valyutalarında saxlanılan 40 min manata yaxın pul vəsaiti, musiqi məktəbinin şagirdlərinin adına olan 36 ədəd şəhadətnamə, məktəbin tarifləşmə və tabel cədvəlləri, əmr kitabı, 1 ədəd «notebook» və iş üçün əhəmiyyət kəsb edən digər sənəd və əşyalar aşkar edilərək götürülmüşdür.

İstintaq zamanı M.Rüstəmovanın müəllimlərin adına olan 40 ədəd əmək haqqına dair plastik kartları özündə saxlayaraq həmin kartlara köçürülmüş pul vəsaitlərini bankomat vasitəsilə ələ keçirərərək mənimsəməsi özünün etirafı, eləcə də iş üzrə toplanmış digər sübutlarla təsdiqini tapmışdır.

İlkin sübutlara həmçinin M.Rüstəmovanın məktəbin müəllimlərindən qanunsuz yollarla topladığı pul vəsaitinin bir qisminin qabaqcadan əldə edilmiş razılaşmaya uyğun olaraq Bakı şəhər Mədəniyyət Baş İdarəsinin əməkdaşına verilməsi, digər qisminin isə özü tərəfindən mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Hazırda iş üzrə bütün qanunazidd halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İran sərhədçiləri ilə terror qruplaşması arasında silahlı qarşıdurma
18:26 23.07.2026
İran sərhədçiləri ilə terror qruplaşması arasında silahlı qarşıdurma
Aİ "Google"u 890 milyon avro cərimələyib
18:25 23.07.2026
Aİ "Google"u 890 milyon avro cərimələyib
İsrail Baş Nazirinin Ofisi: İrana qarşı əməliyyatlar Yaxın Şərqdə sülh imkanlarını genişləndirib
17:53 23.07.2026
İsrail Baş Nazirinin Ofisi: İrana qarşı əməliyyatlar Yaxın Şərqdə sülh imkanlarını genişləndirib
Dənizdən hansı xəstəliklər keçə bilər? - Həkimdən açıqlama
17:39 23.07.2026
Dənizdən hansı xəstəliklər keçə bilər? - Həkimdən açıqlama
Azərbaycan və Moldova sahibkarları arasında B2B görüş keçirildi - FOTOLAR
17:28 23.07.2026
Azərbaycan və Moldova sahibkarları arasında B2B görüş keçirildi - FOTOLAR
“Qız məni istəmir, elçiliyə siz gedin” - Deputatlar ən qeyri-adi seçici müraciətlərindən danışdılar
17:25 23.07.2026
“Qız məni istəmir, elçiliyə siz gedin” - Deputatlar ən qeyri-adi seçici müraciətlərindən danışdılar
Azercell süni intellekt sahəsində qlobal tərəfdaşlıqlarını genişləndirir
17:20 23.07.2026
Azercell süni intellekt sahəsində qlobal tərəfdaşlıqlarını genişləndirir
Ən ağıllı bürclər: Siyahıda kimlər var?
16:45 23.07.2026
Ən ağıllı bürclər: Siyahıda kimlər var?
ChatGPT-nin tibbi məsləhəti ağır nəticələndi: Kişi OpenAI-ni məhkəməyə verdi
16:27 23.07.2026
ChatGPT-nin tibbi məsləhəti ağır nəticələndi: Kişi OpenAI-ni məhkəməyə verdi
Diplomlar elektronlaşdı: Məzunlar kağız variantı necə əldə edə bilərlər?
16:20 23.07.2026
Diplomlar elektronlaşdı: Məzunlar kağız variantı necə əldə edə bilərlər?
Azərbaycan komandası Avropa Universitet Oyunlarında yarımfinala yüksəldi
16:12 23.07.2026
Azərbaycan komandası Avropa Universitet Oyunlarında yarımfinala yüksəldi
Lökbatanda 100 min kubmetr gücündə sutəmizləyici qurğu tikilir
16:09 23.07.2026
Lökbatanda 100 min kubmetr gücündə sutəmizləyici qurğu tikilir
Bu ərazilərdə qaz olmayacaq
16:04 23.07.2026
Bu ərazilərdə qaz olmayacaq
“Maarifçi” proqramına 5 mindən çox müraciət: 53 namizəd seçildi
15:49 23.07.2026
“Maarifçi” proqramına 5 mindən çox müraciət: 53 namizəd seçildi
Ətin qiyməti niyə od tutub yanır?
15:37 23.07.2026
Ətin qiyməti niyə od tutub yanır?
Autizmli uşaq skuterə görə avtobusdan düşürüldü, “Baku Bus” üzr istədi - VİDEO
15:26 23.07.2026
Autizmli uşaq skuterə görə avtobusdan düşürüldü, “Baku Bus” üzr istədi - VİDEO