Musiqiçi qəza nəticəsində dünyasını dəyişdi – FOTO

Musiqiçi qəza nəticəsində dünyasını dəyişdi – FOTO
MAQAZİN
14:12 10.01.2023
460

Muğlanın Milas rayonunda musiqiçi Hakan Yelbizin sükan idarəetməsini itirdiyi avtomobil dərəyə yuvarlanıb.

AZXEBER.COM xəbər verir ki, qəza nəticəsində türkiyəli musiqiçi Hakan Yelbiz ölüb, onun yanında olan Sabine Ayper Yelbiz də yaralanıb.

Qəza, saat 13:00 radələrində Səlimiyə məhələssində baş verib. Belə ki, musiqiçi Hakan Yelbizin 35 BFR 639 markalı avtomobili İzmirə gedərkən dərəyə yuvarlanıb. Metrlərlə atılan avtomobil dərə yatağındakı ağaca çırpılaraq dayana bilib. Qəzanı görənlərin xəbər verməsi üzərinə əraziyə sağlamlıq və xilasedici qrupları sövq edilib. Avtomobildə sıxışmış vəziyyətdə qalan Hakan Yelbiz və Sabine Ayper Yelbiz xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq sağlamlıq qruplarına təhvil verilib. Həkim qruplarının nəzarəti zamanı musiqiçi Yelbizin dünyasını dəyişdiyi müəyyən edilib.

Baş verən qəzada həyatını itirən musiqiçi Hakan Yelbizlə bağlı kədərli xəbərlə yanaşı, tanınmış adlar sosial media hesablarında kədərlərini ifadə ediblər. Məşhur klarnet ifaçısı Hüsnü Şenlendirici qəza ilə bağlı paylaşım edib.

Həmin paylaşımı təqdim edirik:

 

 

OXŞAR XƏBƏRLƏR