Musiqiçilərimiz Fransada yenilik edəcək - FOTO

MƏDƏNİYYƏT
11:57 07.02.2013
1494

Tanınmış tarzən və müğənni Humay Qədimova və kamança ifaçısı Sevinc Qədimova Fransada çıxış edəcəklər. Milli mətbəximizdən bəhs edən kitabın təqdimat mərasiminə qatılacaq istedadlı musiqiçilər rəsmi hissə başa çatandan sonra bədii hissədə instrumental musiqilərini təqdim edəcəklər. Tədbirdə ziyalı və ictimai xadimlərin, səfirlik nümayəndələrinin və KİV-in iştirakı nəzərdə tutulub.

Humay AZXEBER.COM-a bildirib ki, dövlət səviyyəli tədbirə ayrıca proqram hazırlayıblar. Musiqiçilərin Fransa səfərində həm də əməkdaşlıq görüşlərinin keçirilməsi gözlənilir. H.Qədimova orada fəaliyyət göstərən musiqi şirkətlərinin rəhbərləri ilə görüşəcək. Görüşün mahiyyəti barədə o, səfərini başa vurub məlumat verəcək. Xatırladaq ki, Humay və Sevinc Qədimovaların səfəri fevralın 21-dən 26-na kimi davam edcək.

Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR