"Musiqiçiyə yox, ombasını böyüdənlərə hörmət qoyurlar"

"Musiqiçiyə yox, ombasını böyüdənlərə hörmət qoyurlar"
MAQAZİN
18:24 13.11.2025
147
"Övladlarınızı musiqiyə qoymayın. Qoymayın bu sənəti öyrənsinlər. Öyrənsələr də toylara getməyə qoymayın. Qoy ansambl, orkestr və musiqi məktəblərində çalışsınlar".

AZXEBER.COM xəbər verir ki, bu sözləri klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu deyib.
 
O, övladlarıın musiqiçi olmasını arzulayan valideynlərə səslənib:

"Övladlarınızı musiqiyə qoymayın. Qoymayın bu sənəti öyrənsinlər. Öyrənsələr də toylara getməyə qoymayın. Qoy ansambl, orkestr və musiqi məktəblərində çalışsınlar. Çünki musiqiçilərə hörmət yoxdur. İndi hörmət omba qoyduran, əxlaqsızlıq edən qadınlaradır. Onlara hörmət edir, orda yox, burada otur deyirlər. Az qalır musiqiçilərə desinlər ki, burada oturmaq olmaz. Biabırçılıqdır. Qoyun uşaqlarınız elm, başqa sənət öyrənsinlər. Hər gün bir şey öyrənirəm. Yaxşı ki, Bakı kəndləri və ziyalı insanlar var. Onlar musiqiyə hörmət qoyurlar".
 
Aysel
OXŞAR XƏBƏRLƏR