Xalq artisti Flora Kərimova ilə müğənni Samir Bağırov uzun fasilədən sonra yenidən eyni səhnəni bölüşüblər.
AZXEBER.COM xəbər verir ki, sənətçilər AzTV-nin Yeni il şənliyi çərçivəsində çıxış edərək "Ölmədən öncə” adlı yeni duetlərini ifa ediblər.
Mahnının söz və musiqisi Rafael Şabanova (Rafo) məxsusdur.
Qeyd edək ki, duet ifaçıları daha əvvəl "Gözəl Vətən” mahnısını da birgə səsləndirmişdilər.









































