Mustafa Dənizli istefaya göndərildi

İDMAN
14:30 16.05.2014
1201
“Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli istefaya göndərilib.
AZXEBER.COM klubun saytına istinadən xəbər verir ki, bu gün klub prezidenti Mais Mənsimovla görüşən türkiyəli mütəxəssis komandadan uzaqlaşdırılıb.
Mais Mənsimov onunla çalışa bilməyəcəyini bildirəndən sonra türkiyəli mütəxəssis istefa verib.
Qeyd edək ki, dünən keçirdiyi mətbuat konfransında Dənizli komandada qalacağını bildirmişdi.
Məlumat üçün bildirək ki, təcrübəli mütəxəssis 2013-cü ildə “Xəzər Lənkəran”la 1,5 illik müqavilə imzalamışdı.
OXŞAR XƏBƏRLƏR