1900-cü illərin əvvəllərində fransız bankir Albert Kahn tərəfindən yaradılmış fotoşəkil arxivi ictimaiyyətə açıldığı zaman, Türkiyə Respublikasının qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürkün də olduğu fotoşəkillər gündəmə gəlib.
AZXEBER.COM xəbər verir ki, Fransanın məşhur muzeylərindən biri olan Albert Kan Muzeyi yüz illik arxivini ictimaiyyətə təqdim edib.
Muzeyin rəsmi olaraq arxivini bütün istifadəçilərə açması ilə minlərlə foto və video yenidən paylaşılmağa başlanıb.
Dünyanın bir çox fərqli ölkəsində gündəlik həyatı, siyasəti və təbiəti lentə alan fotoqrafların əsərləri 1931-ci ildəki böyük depressiya nəticəsində iflasa uğrayana qədər Kahn-ın göstərişi ilə onilliklər ərzində nəşr olunub.
Müharibədən sonra Türkiyənin bərpa səylərinə əsasən 1922-1923-cü illər arasında çəkilmiş görüntülərdə Mustafa Kamal Atatürkün fotoşəkilləri və videoları yer alıb.
Fransadakı muzey tərəfindən ictimaiyyətə təqdim edilən fotoşəkil və videolarda Misir, Yaponiya, Avropa ölkələri və Afrika ölkələrindən çoxlu fotoşəkil və videolar, Türkiyənin müxtəlif bölgələrində gündəlik həyatdan görüntülər var.
Mustafa Kamal Atatürkün görüntülərini təqdim edirik:
Ayşən