“Müştəri Bank” istifadəçiləri ƏDV-ni avtomatik hesablayıb, ödəyə bilərlər

İQTİSADİYYAT
10:41 17.01.2022
212

"Kapital Bank” ASC "Müştəri Bank”da mütəmadi olaraq hüquqi şəxs və fərdi sahibkarlara daha rahat və onlayn xidmətlər təqdim edir. Artıq sahibkarlar "Müştəri Bank” vasitəsilə mal və xidmətlərə görə ödənilən ƏDV-ni avtomatik olaraq formalaşdırıb, ödəyə bilərlər.

İndiyə qədər sahibkarlar ƏDV-ni manual olaraq özləri hesablayıb, sonra ödənişi həyata keçirə bilirdilər. Lakin yeni onlayn funksiya vasitəsilə sahibkarlar həm vaxtlarına qənaət etmiş olacaqlar, həm də hesabatlığı daha rahat formalaşdıra biləcəklər. Çünki ƏDV-nin məbləğini "Müştəri Bank” avtomatik hesablayır və sahibkarın əlavə ödəniş tapşırığı hazırlamasına ehtiyac yoxdur.

"Müştəri Bank” vasitəsilə rahat və təhlükəsiz şəkildə bir sıra xidmətlərdən istifadə etmək mümkündür: təcili köçürmələr, büdcə ödənişləri, cari hesabın tam onlayn şəkildə açılması, əməkhaqqı layihəsinə qoşulma, əməkhaqqı kartlarına mədaxil, əməkhaqqı kartlarının sifarişi və çatdırılması biznes və sahibkar kartlarının sifarişi, ölkə daxili və ölkə xarici nağdsız köçürmələr, konvertasiya əməliyyatları, hesablara nəzarət, çıxarışların əldə edilməsi, sərəncamlar haqqında məlumat, onlayn kredit məhsulları sifarişi (overdraft, kredit, qarantiya, sürətli tender və s.) və s.

"Müştəri Bank” sisteminə qoşulmaq üçün  https://cb.kapitalbank.az/login inkinə keçid etmək və yaxud (012) 310 09 99 nömrəsi ilə əlaqə saxlamaq kifayətdir. Sistemlə həyata keçirilən bütün köçürmələr zamanı 25%-ə qədər güzəşt əldə etmək mümkündür.

OXŞAR XƏBƏRLƏR