Satıcı qızı döyən şəxs gənc oğlandır.
AZXEBER.COM-un Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, hadisə Moskvada baş verib.
Müştəri idman malları mağazasında xidmət göstərən xanım satıcı onun ayaqqıbısını çıxarmaqdan imtina edəndən sonra özündən çıxıb və onun üzərinə hücum çəkib.23 yaşlı Ramazan İsayev Nike mağazasının əməkdaşı Yuliya Zaripovanı döyüb. “Mən iş yerində idim. Tanımadığım gənc oğlan mənə yaxınlaşdı və onun üçün krossovka seçməyi xahiş etdi. O, idman ayaqqabısının bir cütünü ayağına geyəndən sonra ondan xahiş etdim ki, ayaqqabını çıxarsın, artikuluna baxaq, onlar onun ayaq ölçüsünə düz gəlmirdi.
O da cavabında ayağını uzadıb, “Özün çıxar” dedi. Mən təmkinli davranıb, onun ayağına olacaq ayaqqabını gətirməyə getdim. Qayıdanda oğlan ayağını mənə tərəf uzadıb dedi ki, “İndi də ayaqqabını ayağıma geyindir”. – qız polisə bunları danışıb.Oğlana irad tutan qız ayaqqabını onun ayağına geyindirməkdən imtina edib. Ramazan İsayev onu təhqir edib. Qız krossovkanı oğlanın üstünə atıb. R.İsayev isə əsəbiləşib və qızın üzərinə hücum edərək, onun saçından yapışıb.Onları aralaşdırandan sonra, oğlan Yuliyadan üzr istəyib. Polis çağırılıb və asayiş əməkdaşları xuliqanı saxlayıblar. Ramazan İsayev bölmədə etdiklərini boynuna alıb.AZXEBER.COM həmin hadisədən videonu təqdim edir: