Müştərini incidən taksi sürücüsünü döydülər: "Sənin anan, bacın yoxdur?”

Müştərini incidən taksi sürücüsünü döydülər: "Sənin anan, bacın yoxdur?”
DÜNYA
15:13 17.05.2021
2478
Türkiyənin Esenyurt bölgəsində taksiyə minən bir qadın sürücü tərəfindən sözlü təcavüzə məruz qalıb. 

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, vəziyyətdən narahat olan qadın ertəsi gün taksi dayanacağına gedərək şikayət edib. 

Bundan sonra digər taksi sürücüləri yığışaraq həmin şəxsə "Sənin anan, bacın yoxdur?”, deyərək döyməyə başlayıblar.

Zərbələrdən sonra yaralanan sürücü qaçmağa çalışsa da,  onu buraxmayıblar.
 
Aydın Nuri

 

OXŞAR XƏBƏRLƏR