12:44 Cümə, 24 Yanvar 2020
Maqazin

Müşviq məhkəmədə məğlub oldu - evi əlindən alındı

13:57, 12.07.20196928
Müşviq məhkəmədə məğlub oldu - evi əlindən alındı

"Bu şəhərdə" nin ssenaristi Müşfiq Abbasovun mənzili əlindən alınıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə ssenarist özü sosial şəbəkə hesabında yazaraq məlumat yayıb.

Müşviq açıqlamasında bildirib ki, bununla bağlı iyulun 10-da Apelyasiya Məhkəməsi qərar qəbul edib. Qərara görə, onun mənzili əlindən alınaraq iddiaçı şəxslərə verilib.

"Paylaşın ki, hamı xəbərdar olsun. 10.07.19 tarixində Həsənova Mehriban Həsən qızı və onun bacısı qızı Həsənova Gülrux Sənhan qızı Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə isbat etdilər ki, Azərbaycanda Dövlət Əmlak Komitəsinin verdiyi hər bir çıxarış da (kupça) hər an saxta sayıla bilər və hər bir Azərbaycan vətəndaşının mülkü əlindən alına bilər" , - Müşfiq Abbasov paylaşımında qeyd edib.


WordPress Hostinq
7.99 AZN -dən başlayan qiymətlərlə
• Pulsuz Domen
• Pulsuz SSL Sertifikat
• 20GB Disk Həcmi
• 1 Hesabdakı saytlar
• Limitsiz E-poçt
Daha ətraflı informasiya üçün: https://hostimul.com/az/hosting-azerbaycan/

XƏBƏR LENTİ