Mütəxəssislərdən maraqlı araşdırma: İnsanlarda yeni orqan tapdılar

MARAQLI
14:29 19.12.2023
258
Hollandiyalı tədqiqatçılar təsadüfən əvvəllər diqqət çəkməyən orqanı kəşf ediblər.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, insan bədənində 78 müxtəlif orqan var. Ancaq Hollandiya Xərçəng İnstitutunun alimləri təsadüfən yeni orqan kəşf ediblər.

Skanları araşdıran qrup infeksiya zamanı başın içərisində iki nahiyənin işıqlandığını görüb və orada bir cüt tüpürcək vəzi olduğunu irəli sürüb.

Tədqiqatçılar orqana "borucuq tüpürcək vəzi" adını verib.

Bu orqan üzün bir az altında burnun arxasında yerləşir. Burun boşluğunun boğazla birləşdiyi yerdə yerləşir və burun və ağızın arxasındakı bölgəni nəmləndirməyə xidmət edir.

Nəzrin

OXŞAR XƏBƏRLƏR