‘Mütləq sizə siyasətdən başı çıxmayan, başqa bir dövlətin təsiri altında olan bir adam lazım idi?’ – TƏHLİL

‘Mütləq sizə siyasətdən başı çıxmayan, başqa bir dövlətin təsiri altında olan bir adam lazım idi?’ –  TƏHLİL
SİYASƏT
13:51 03.07.2013
1905

“Çünki onun üzərində vergi cinayəti var və bu onun namizəd kimi qeydə alınmasına mane ola bilər”

Ötən gün Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) 2-ci sessiyasında Milli Şuranın 84 üzvü arasında vahid namizədlə bağlı keçirilən səsvermə nəticəsində kinodramaturq Rüstəm İbrahimbəyov müxalifətin bu il Azərbaycanda keçiriləcək prezident seçkilərində vahid namizədi oldu.

Artıq məsələylə bağlı bir sıra müxalifət partiyalarının sədrləri Rüstəm İbrahimbəyovun müxlaifətin vahid namizədi olmasına şərh veriblər. Milli Şurada təmsil olunmayan müxalifət partiyalarının sədrləri R.İbrahimbəyovun müxalifətin vahid namizədi kimi qələmə verilməsini doğru hal hesab etməyiblər.

Maraqlı olan bir digər məqam isə, Musavat başqanı İsa Qəmbərin partiyanın vahid namizədi kimi qüvvədə qalmasıdır. İ. Qəmbər dünən Milli Şuranın sessiyasındakı çıxışı zamanı Milli Şuranın namizədinin qeydə alınmasına qədər Müsavat Ali Məclisinin prezidentliyə namizəd haqqında 4 yanvar qərarının qüvvədə qaldığını qeyd edib. Həmin qərara əsasən, İ. Qəmbər Müsavat Partiyasının prezidentliyə namizədi hesab olunur.

AZXEBER.COM son günlər ölkənin siyasi arenasında baş verən yeni gəlişmələrlə bağlı politoloq Qabil Hüseynlinin fikirlərini öyrənib. Q.Hüseynli İsa Qəmbərin ağıllı siyasi gedişat etdiyini və son ana qədər işini şansa buraxmadığını bildirib:

“Belə güman edirəm ki, onlar hər şeyi daha düzgün proqnozlaşdıra bilirlər. Müsavat başqanı artıq bir dəfə seçkidə iştirak edib və respublikanın reallıqlarını, seçkinin nə qədər mürəkkəb proses olduğunu yaxşı bilir. Onun namizədliyini geri götürməməsi Milli Şuranın seçkidə namizədsiz qalmaması üçün atılan ən ağlabatan addımdır. Çünki Rüstəm İbrahimbəyov belə bir şərt qoydu ki, o yalnız namizədliyi rəsmi olaraq qeydə alındıqdan sonra Bakıya gələcək. Onun Azərbaycana gəlməsini istəyənləri də təhqiramiz tərzdə cavablandırdı.

Politoloqun fikrincə, Müsavat başqanı R.İbrahimbəyovun seçkidə namizədliyinin təstiqlənməməsi ehtimalını dəyərləndirib:

“Müsavat başqanı yaxşı bilir ki, Milli Şuranın namizədi qeydə alınmaya da bilər. Çünki onun üzərində vergi cinayəti var və bu onun namizəd kimi qeydə alınmasına mane ola bilər. Müsavat başqanının bu işdə kifayət qədər təcrübəsi var, o bu işləri təşkilati baxımdan daha yaxşı görə bilər, gələcəyi daha yaxşı proqnozlaşdıra bilər. Onun namizədliyini geri götürməməsi Milli Şuranın işinə daha çox xeyir verəcək.

Q. Hüseynli AXCP sədri Əli Kərimlinin və Müsavat başqanı İsa Qəmbərin R.İbrahimbəyovu vahid namizəd kimi təqdim etmələrini səhv addım kimi qiymətləndirib:

“Elə ikinizin sayəsində Azərbaycan müxalifəti bu günə qədər birləşə bilməyib. Mütləq siyasətdən başı çıxmayan, başqa bir dövlətin təsiri altında olan bir adam lazım idi ki, bir-birinizə olan əsassız düşmənçilikdən əl çəkəsiniz? Rüstəm İbrahimbəyov olmadan birləşə bilməzdiniz? Rüstəm İbrahimbəyov Moskvada otura-otura sizi necə birləşdirdi? O, Rusiyanın xüsusi xidmət orqanlarının təsiri ilə sizdə bəzi duyğuları alovlandıra bildi və birləşdiniz. Ölkənin gerçəkliklərini bilməyən, əli həmişə pulla oynayan birinin sizə başçılıq etməsi ilə öyünürsünüzsə, bu, siyasi uzaqgörənlik və peşəkarlıq nümunəsi deyil. Vaxt gələcək ki, siz etdiyiniz hərəkətlərə görə peşman olacaqsınız.

Əfsələddin Ağalarov

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir - “Kristal!”
14:07 10.03.2026
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir - “Kristal!”
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
14:00 10.03.2026
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
13:53 10.03.2026
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
13:50 10.03.2026
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
13:35 10.03.2026
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK
13:28 10.03.2026
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK
ABŞ və İsrailin mümkün planı: "İrana quru əməliyyat keçirilsə, faciə baş verə bilər"
13:17 10.03.2026
ABŞ və İsrailin mümkün planı: "İrana quru əməliyyat keçirilsə, faciə baş verə bilər"
Aygün Kazımova "Nərgiz" jurnalının üz qabığında - Fotolar
13:16 10.03.2026
Aygün Kazımova "Nərgiz" jurnalının üz qabığında - Fotolar
"Xanəndələrin bəziləri mahnı oxuya bilmir" - Əməkdar artist
13:11 10.03.2026
"Xanəndələrin bəziləri mahnı oxuya bilmir" - Əməkdar artist
Məhkəmədən Rəqsanə İsmayılova barəsində YENİ QƏRAR
13:06 10.03.2026
Məhkəmədən Rəqsanə İsmayılova barəsində YENİ QƏRAR
Medianın İnkişafı Agentliyinin yeni Nizamnaməsi hazırlanacaq
13:03 10.03.2026
Medianın İnkişafı Agentliyinin yeni Nizamnaməsi hazırlanacaq
Rusiyada hicabla bağlı bu qadağa ləğv olundu
12:58 10.03.2026
Rusiyada hicabla bağlı bu qadağa ləğv olundu
Lerikdə 20 kiloqram narkotik vasitə aşkarlandı
12:48 10.03.2026
Lerikdə 20 kiloqram narkotik vasitə aşkarlandı
Prezident Naxçıvanın Konstitusiyasına dəyişiklikləri təsdiqlədi
12:40 10.03.2026
Prezident Naxçıvanın Konstitusiyasına dəyişiklikləri təsdiqlədi
Güzəştli mənzil vədi ilə dələduzluq edən qadın saxlanıldı
12:32 10.03.2026
Güzəştli mənzil vədi ilə dələduzluq edən qadın saxlanıldı
Mirhicab Abdullayev yeni kitabını təqdim etdi - FOTOLAR
12:18 10.03.2026
Mirhicab Abdullayev yeni kitabını təqdim etdi - FOTOLAR