Qazaxıstanlı siyasi müşahidəçi Qaziz Abışev Aktau yaxınlığında "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin qəzaya uğraması ilə bağlı aparılan araşdırmalarla bağlı vəziyyəti şərh edib.
AZXEBER.COM xəbər verir ki, Tengrinews.kz müxbiri xəbər verir.
Ekspert vurğulayıb ki, Rusiya və Azərbaycan Qazaxıstanın müttəfiqləridir. Onun sözlərinə görə, bu halda ölkələr arasında müttəfiqlik münasibətlərinin nəzərə alınması vacibdir.
Abışev hər iki ölkənin bütün lazımi məlumatları alacağına əminliyini ifadə edib.
Qeyd edək ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus "Embraer" təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər yaralanıb. Təyyarədə olan sərnişinlərdən 15 nəfəri Balakən rayonundan olub. Onlardan 10 nəfər həlak olub, 5 nəfəri isə yaralanıb.
Hadisə ilə əlaqədar dekabrın 26-sı Azərbaycanda matəm elan edilib.