"Müxalif düşərgəni zəbt etmiş həmin "liderciklər" 26 ildir ki, hakimiyyət eşqi ilə yanıb-qovrulur" - Əli Həsənov

"Müxalif düşərgəni zəbt etmiş həmin "liderciklər" 26 ildir ki, hakimiyyət eşqi ilə yanıb-qovrulur" - Əli Həsənov
SİYASƏT
14:14 04.10.2019
4195

AZXEBER.COM Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənovun yazısını təqdim edir:

Dövlətçiliyin ən etibarlı qarantı və hakimiyyətin yeganə mənbəyi xalqdır!

Bu həqiqəti düz 25 il əvvəl ümummilli lider Heydər Əliyev xalqın böyük dəstəyi ilə Sürət Hüseynov və Cavadov qardaşlarının dövlət çevrilişi cəhdinin qarşısını alaraq bütün dünyaya nümayiş etdirdi. Yaşlı və orta nəsil həmin vaxt Azərbaycanda cərəyan edən dramatik hadisələri yaxşı xatırlasalar da, gənc nəsil bu barədə yalnız mətbuatdan məlumat ala bilir. Ümummilli lider tərəfindən Azərbaycanın müstəqilliyi və gələcək inkişafının əsas resurslarından və əlavə qarantlardan biri kimi düşünülmüş "Əsrin müqaviləsi"nin imzalandığı 1994-cü ilin 20 sentyabrdan dərhal sonra başlanmış və oktyabrın əvvəllərində kulminasiya nöqtəsinə çatmış həmin xain çevriliş cəhdi hər şeydən əvvəl, dövlətçiliyimizə, müstəqilliyimizə və bu müstəqilliyin qarantı olan lider Heydər Əliyev hakimiyyətinə qarşı yönəlmişdi.

Diqqət edin! 1994-cü il sentyabrın 20-də neft müqavilələri imzalanır. Sentyabrın 21-dən 22-nə keçən gecə dövləti cinayətlərdə təqsirləndirilən 4 nəfər Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasından qaçırılır. Sentyabrın 29-da axşam vaxtı evinin astanasında Milli Məclisin sədr müavini Afiyəddin Cəlilov və Prezident yanında Xüsusi İdarənin rəisi Şəmsi Rəhimov qətlə yetirilir. Sentyabrın 30-da baş prokurorun xidməti avtomobili partladılır, oktyabrın 2-də Mahir Cavadovun rəhbərliyi ilə əsasən "OMON"-çulardan ibarət silahlı dəstə Respublika Prokurorluğunun binasını gülləbaran edərək ələ keçirir. Nyu-Yorkda BMT Baş Məclisinin illik sessiyasında iştirak edən Heydər Əliyev təcili ölkəyə qayıdaraq təhlükəli proseslərin qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər görməyə başlayır. Oktyabrın 4-də vəziyyət daha da kəskinləşir. Cavadov qardaşları ilə əlbir olan o zamankı üsyankar baş nazir Sürət Hüseynovun qanunsuz silahlı dəstələri Gəncə şəhərində hakimiyyət orqanlarının inzibati binalarını, dəmir yolu vağzalını və aeroportu zorla ələ keçirir, şəhərə giriş-çıxışı nəzarətə götürür. Belə bir şəraitdə Heydər Əliyev çox müdrik və cəsarətli addım atdı.

O, dövlət çevrilişinə cəhd edənlərə qarşı legitim güc işlətmək səlahiyyətində və imkanında olsa da, başqa yol seçdi və bu seçimi müasir dünya siyasətinin yeni bir nümunəsinə çevirdi. Yolunu azmış silahlı dəstələrə, terror və hədə-qorxu ilə hakimiyyətə can atan antimilli ünsürlərə, onlara xaricdən istiqamət və dəstək verən xainlərə qarşı Azərbaycan xalqının dəmir iradəsini ortaya qoydu. Heydər Əliyev oktyabrın 4-də televiziya ilə birbaşa xalqa müraciət edərək, vətəndaşları Azərbaycan dövlətçiliyini və milli suverenliyini qorumaq naminə Prezident sarayının qarşısına çağırdı. Gecə saatları olmasına baxmayaraq, qısa müddətdə on minlərlə insan Öz Liderinin ətrafına toplaşaraq Vətənə, dövlətə sədaqətlərini, milli dövlətçilik əzmlərini bütün dünyaya nümayiş etdirdi. Təbii ki, xalqın əzmi, iradəsi, milli birliyi və öz liderinə etimadı qarşısında heç bir qüvvə indiyə qədər dayana bilməyib və dayana da bilməz!!!

Xüsusi aktuallığını nəzərə alaraq, dəyərli oxucuların diqqətini bir mühüm məsələyə yönəltmək istəyirəm. 1993-cü ilin iyun ayında həmin üsyançı polkovnikin- Sürət Hüseynovun silahlılarının qorxusundan hakimiyyəti Heydər Əliyevin üzərinə ataraq qaçıb küncdə-bucaqda gizlənən AXC-Müsavat liderləri o çətin günlərdə yenə də öz antidövlət və antixalq xisllərini nümayiş etdirdilər. Onlar dövlətçiliyin və qanuni hakimiyyətin müdafiəsinə qalxmış və meydanlara çıxaraq milli iradə nümayiş etdirən xalqın cəbhəsində deyil, elə bugünkü kimi, o zaman da üsyançıların yan-yörəsində yer aldılar. Düşünürəm ki, elə bunun nəticəsidir ki, bu günün özündə də müxalif düşərgəni zəbt etmiş həmin "liderciklər" 26 ildir ki, hakimiyyət eşqi ilə yanıb-qovrulur, xəyanət etdiyi xalqın etimadını qazana bilmir və yenə də küncdə-bucaqda "pusku quraraq" mövcud hakimiyyətin nə zaman büdrəyəcəyini gözləyir. Düşünürəm ki, müxtəlif əyri və qeyri-qanuni yollarla hakimiyyətə can atan siyasətbazlar 4 oktyabr 1994-cü il tarixindəki davranışlarından doğru nəticə çıxararaq, ibrət dərsi götürsə və xarici antiAzərbaycan mərkəzlərinin sifarişləri ilə deyil, öz xalqının iradəsinə uyğun hərəkət etsələr, gələcəkdə bəlkə nəsə edə bilərlər...

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İsrailin gecə baş verən hücumları nəticəsində Qəzzada azı 21 nəfər həlak olub
07:54 25.06.2025
İsrailin gecə baş verən hücumları nəticəsində Qəzzada azı 21 nəfər həlak olub
Uitkoff: ABŞ AEBA ilə İranla mümkün nüvə sazişini müzakirə edir
07:44 25.06.2025
Uitkoff: ABŞ AEBA ilə İranla mümkün nüvə sazişini müzakirə edir
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
01:57 25.06.2025
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
00:22 25.06.2025
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
Putinlə Lukaşenkonun telefon danışığı oldu
23:56 24.06.2025
Putinlə Lukaşenkonun telefon danışığı oldu
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
23:51 24.06.2025
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
23:46 24.06.2025
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
23:18 24.06.2025
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
23:07 24.06.2025
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
22:56 24.06.2025
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
22:45 24.06.2025
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
22:20 24.06.2025
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
İran hava məkanını beynəlxalq reyslərə açıb
22:16 24.06.2025
İran hava məkanını beynəlxalq reyslərə açıb
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
21:51 24.06.2025
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
21:40 24.06.2025
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
21:32 24.06.2025
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var