'Müxalifət artıq öz sonunun çatdığını anlamış durumdadır' - Elşən Musayev

SİYASƏT
14:59 08.05.2013
3900

Bu iddia absurddan da ötədir və Azərbaycan qanunlarına, eyni zamanda ölkə vətəndaşlarının iradəsinə, seçib-seçilmək hüququna ünvanlanan açıq hörmətsizliyi özündə ehtiva edir.

AZXEBER.COM xəbər verir ki, bu fikirləri politoloq Elşən Musayev Venesiya Komissiyasının Prezident seçkilərində bir namizədin 2 dəfədən artıq seçilməsi ilə bağlı sərgilədiyi mövqeyə cavab olaraq bildirib.

Politoloq daha sonra bunları əlavə edib: “Əslində belə bir məsələnin ortaya atılacağı gözlənilən idi. Çünki mövcud iqtidarın gücü ortadadır və siyasi səhnədə öz məğlubiyyət perspektivini açıqca hesablayan siyasi müxalifət və onların dəstəkçiləri həm də bu həqiqətlə barışmış durumdalar ki, ölkə Prezidenti İlham Əliyev növbəti dəfə namizədliyini irəli sürsə işləri son dərəcə çətin olacaq.

Səbəb də elə budur ki, hələ seçkiyə 6 ay qala panikaya düşüblər. Prosesi hüquqi müstəviyə daşımağa çalışırlar. Venesiya Komissiyasi kimi “ələkçiyə qıl verən”ləri də bir şəkildə prosesə cəlb ediblər ki, mövzunu şişirtmək mümkün olsun.

Ya da ictimai rəydə belə bir fon yaransın ki, baxın biz bir şey demirik, amma beynəlxalq aləm özü dirəşib ki, sizdə niyə vəziyyət belədir.

Özü də fikir verin, həmin o haqqında danışılan siyasi müxalifətin bu məsələdə heç qımı da qımıldamır. Onun-bunun ağzı ilə deyirlər fikirlərini. Ölkə daxilində Erkin Qədirli kimi peşəkar hüquqşünasların, ölkə xaricində isə Venessiya Komisiyasınna bənzər qurumların köməyindən istifadə olunur.

Bilirsinizmi niyə? Çünki açıq mətnlə İlham Əliyevin qarşısına çıxmağın mümkünsüzlüyünü etiraf edə bilmirlər.

Yox əgər bunu etmiş olsalar, növbəti biabırçılığa imza atacaqlar. Onsuzda 5 qəpiklik olan nüfuzlarını 2 qəpiyə endirəcəklər. Amma diqqət edin, ortaya atılan bu absurd iddianın arqument tərəfləri də kifayət qədər kasaddır. Və ya bu iddianın müəlliflərinə sual etmək gərək ki, demokratiya dediyiniz anlayış hansısa hüququn əldən alınması yoxsa alınmaması durumunda daha mükəmməl görünür və tamamlanır?

O zaman bəs referendumun nəticələri, bəs Azərbaycan xalqının ümumxalq səsverməsi ilə ifadə etmiş olduğu mövqe? Bunu kim təftiş edəcək? Buna kim qiymət verəcək?

Ayrıca, bir məsələyə xüsusi diqqət yetirmək gərək: Venesiya Komissiyası qeyd olunan məsələ ilə bağlı məxsusi fkir söyləməyib. Azərbaycanın bir sıra girdirmə hüquq müdafiəçiləri və müxalifətin qəyyumluq etdiyi məlum QHT-lər yuyulmamış çömçə kimi özlərini ortaya atıb həmin Komsisiyadan rəy istəyiblər. Bunlar da cavabında belə bir fikir bildirib.

Yəni bu bir xüsusi hazırlanmış bəyənat deyil, sadəcə sorğuya verilən cavabdır. Həmin cavab da nə Azərbaycanın Konstitusiyasının, nə də xalqın iradəsinin qarşısında xüsusi çəkiyə malik ola bilməz.

Üstəgəl digər önəmli nüans: Cənab Prezident hələ seçkidə iştirak edəcəyini də bəyan etməyib və belə olan halda meydanda abstrakt proqnozlarla özlərinə əl qatanları anlamaq gerçəkdən çətindir!

Ümumi gəlinən nəticə isə budur ki, müxalifət çox güman artıq öz sonunun çatdığını və bu seçkinin onlar üçün siyasi səhnədən yerli-dibli silinmə anı olacağını bəri başdan anlamış durumdadır.

Elə bu səbəbdən də saman çöpündən yapışantək bütün vasitələri sınaqdan keçirməkdə israrlıdırlar. Və bu onlara həm də növbəti uğursuzluqlarını rahatca sabotaj etmək üçün gərəkdir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ceyhun Mirzəyevin qızının SON HALI
11:09 10.05.2025
Ceyhun Mirzəyevin qızının SON HALI
Prezident Ağdamın Kəngərli kəndinə köçən sakinlərə evlərinin açarlarını təqdim etdi
11:00 10.05.2025
Prezident Ağdamın Kəngərli kəndinə köçən sakinlərə evlərinin açarlarını təqdim etdi
Bu il ərzində 500-dən artıq hərbçi dövlət hesabına mənzillərlə təmin edilib
10:46 10.05.2025
Bu il ərzində 500-dən artıq hərbçi dövlət hesabına mənzillərlə təmin edilib
Leyla Əliyeva və Arzu Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirildi
10:31 10.05.2025
Leyla Əliyeva və Arzu Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirildi
Ağdaşda bir nəfər kanalda batıb
10:16 10.05.2025
Ağdaşda bir nəfər kanalda batıb
Prezident Ağdamın Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak etdi
10:06 10.05.2025
Prezident Ağdamın Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak etdi
Pakistan Silahlı Qüvvələri Hindistan aerodromunun məhv edildiyini açıqladı
10:04 10.05.2025
Pakistan Silahlı Qüvvələri Hindistan aerodromunun məhv edildiyini açıqladı
Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanı ziyarət ediblər
10:03 10.05.2025
Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanı ziyarət ediblər
İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib
10:00 10.05.2025
İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib
Hakan Fidan: Yaxın Şərqdə müharibə genişlənə bilər
01:47 10.05.2025
Hakan Fidan: Yaxın Şərqdə müharibə genişlənə bilər
İlham Əliyev Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar paylaşım edib
00:12 10.05.2025
İlham Əliyev Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar paylaşım edib
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür
00:10 10.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür
ABŞ Rusiya və Ukraynanın 30 günlük atəşkəsə razılaşacağına ümid edir
23:59 09.05.2025
ABŞ Rusiya və Ukraynanın 30 günlük atəşkəsə razılaşacağına ümid edir
“Azərbaycanla müharibə olmayacaq” - Paşinyan
23:45 09.05.2025
“Azərbaycanla müharibə olmayacaq” - Paşinyan
“Fənərbaxça” səfərdə inamlı qələbə qazanıb
23:38 09.05.2025
“Fənərbaxça” səfərdə inamlı qələbə qazanıb
Vətəndaşlar bu halda banklardan təzminat tələb edə bilər - VİDEO
23:16 09.05.2025
Vətəndaşlar bu halda banklardan təzminat tələb edə bilər - VİDEO