Tunisdə saxlanılan müxalif Azad Konstitusiya Partiyasının sədri Abir Musi barəsində həbs qərarı çıxarılıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə partiyanın siyasi büro üzvü Facebook səhifəsində məsələ ilə bağlı yazılı açıqlama verib.
Bəzi partiya üzvləri hakimin həbs qərarına qarşı Musiyə dəstək vermək üçün məhkəmənin qarşısına toplaşıblar.
Musinin vəkili dünən müvəkkilinin nəzarətə götürüldüyünü açıqlayıb.
Tunis prezidenti Kays Səidin 25 iyul 2021-ci ildə qəbul etdiyi və ölkədə sistem dəyişikliyinə yol açan "fövqəladə qərarlar”ı dəstəkləyən Musi daha sonra siyasi partiyalara münasibətinə görə Səidə qarşı çıxıb.
Parlamentin işini donduran, deputatların toxunulmazlığını götürən Səid 2021-ci il sentyabrın 22-də yeni fərmanlarla səlahiyyətlərini genişləndirib, icra orqanını tamamilə özünə tabe edib.
Tunisdəki bəzi qruplar Səidin qərarlarını çevriliş kimi qiymətləndirir və ölkənin demokratiyadan uzaqlaşdığını iddia ediblər.
Mikayıl