'Müxalifət liderləri necədirsə, onların yetişdirdiyi gənclər də eyni formadadır' - Seymur Orucov

SİYASƏT
14:03 23.05.2013
3033

Bəxtiyar Hacıyev və Müsavatçı gənclər arasında “facebook savaşı” davam edir.

B.Hacıyevin iddiasına görə bu dəfə davaya səbəb onun müsahibələrinin birində “müxalifət liderləri tərəfindən təhsilli gənclərə maraq hiss etmirəm. Gərək çevrələrində elə gənclər toplasınlar ki, onların adı kölgə kabinetləri siyahısında çıxanda insanlar tərəddüd etməsinlər”, fikrini səsləndirməsi olub.

O bildirib ki, Müsavatın Gənclər Təşkilatının üzvləri isə təhsillərinə fikir vermək əvəzinə, kampaniyaya başladılar.

“Fotomu montaj edərək Yasamal bələdiyyəsinin üzvü kimi təqdim etdilər. Guya, bununla məni Yasamal bələdiyyəsinə layiq gördüklərini bildirirdilər”.

Məsələylə bağlı AZXEBER.COM portalına danışan Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov “mübarizə dostları” arasında baş tutun “facebook savaşı”nın gözlənilən olduğunu söyləyib:

“Müxalifət liderləri necədirsə, onların yetişdirdiyi gənclər də eyni formadadır. Təbii ki, burada günahı mən gənclərdə yox, onların liderlərində görürəm ki, gəncləri təsir altına salırlar. Hər birimiz sosial şəbəkələrin istifadəçiləriyik. Gündəlik istifadə zamanı nəinki statuslarda, həmçinin onların istifadə etdikləri digər səhifələrdə də təhqirə, əxlaqsız sözlərə, şər-böhtanlara yol verilir. Bəzən iqtidaryönlü sitatlar yazan aktiv xanım istifadəçilərin mesaj qutusuna təhqiramiz ismarıclar belə yazırlar. Ona görə də özünü demokrat adlandıran bir şəxsin, hər hansı bir sitata bu cür sərt reaksiya verməyi məndə təəccüb doğurmur. Bu onların ilk etdikləri iş deyil. Bu onların tərkib hissəsidir.

YAP Gənclər Birliyinin sədri“mübarizə dostları”nın bir-birinə bu qədər sərt reaksiya verməsinin səbəbini vahid marağın olmaması ilə izah edib:

Onları heç bir ideya birləşdirmir. Bu cür təşkilatlanmağı mən sabun köpüyünə bənzədirəm. Necə ki, sabun köpüyü böyük görünür, amma əl atanda içinin boş olduğunu görürüksə, bu da eynən belədir. Onların danışıqları sadəcə boş vədlərdir.

S.Orucov eyni zamanda Bəxtiyar Hacıyevin son günlər iqtidara yaxınlığı ilə seçilən statuslar yazmasını, onun öz səhvlərini anlaması ilə əlaqələndirib:

“Mən düşünürəm ki, Bəxtiyar Hacıyevi də bəlkə nəyləsə aldadıb öz tərəflərinə çəkiblər. İndi isə bəlkə də o, düz yolda olmadığının fərqindədir. Bir çox insanlar olub ki, onlar müxalifət tərəfindən aldadılıbdır və sonda anlayıb ki, onlar millət üçün fayda verən tərəf deyil. Onlarda milləti, dövləti sevməkdən belə söhbət gedə bilməz. 10 nəfərlə belə razılığa gələ bilmirlər, aralarında mübahisə yaranır. Bu gedişlə onlar heç bir şey əldə edə bilməzlər. Bir balaca şuüru olan insan heç vaxt müxalifət tərəfində olmaz. Onlar hədəf olaraq gəncləri ona görə seçirlər ki, gənclər müxalifətin xalqı necə aldatdıqlarından xəbərdar deyillər. Onların ətrafında az sayda insan qalıb ki, bir azdan bu da iflasa uğrayacaq.

Əfsələddin Ağalarov

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
23:57 15.07.2025
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
23:49 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
23:37 15.07.2025
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
23:16 15.07.2025
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
22:57 15.07.2025
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
22:35 15.07.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
22:25 15.07.2025
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
22:07 15.07.2025
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
21:58 15.07.2025
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
21:51 15.07.2025
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
21:45 15.07.2025
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
21:37 15.07.2025
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
21:27 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
21:15 15.07.2025
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
21:02 15.07.2025
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb
20:56 15.07.2025
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb