‘Müxalifət qəzetləri mənim şəxsi həyatım, fəaliyyətimlə bağlı çox sərt yazılar dərc edirlər’ – Elmar Məmmədyarov

‘Müxalifət qəzetləri mənim şəxsi həyatım, fəaliyyətimlə bağlı çox sərt yazılar dərc edirlər’ – Elmar Məmmədyarov
SİYASƏT
17:35 02.10.2014
1537

Xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyası çərçivəsində Xarici İşlər Nazirləri Şurasında çıxış edib. 

AZXEBER.COM xəbər verir ki, çıxışdan sonra nazir parlamentarilərin suallarını cavablandırıb. Məmmədyarov ölkədə internet istifadəçilərinə hər hansı məhdudiyyətlərin qoyulmadığını və internet istifadəsi ilə bağlı qadağaların olmdığını bildirib. XİN rəhbəri əhalinin 70 faizinin internetdən istifadə etdiyini bildirib və bu sferada hər hansı problem olmadığını əlavə edib. 

“Əgər şəffaflıq olarsa, heç bir problem olmayacaq. Bizdə tolerantlıq çox yüksəkdir. Müxalifət qəzetləri mənim şəxsi həyatım, fəaliyyətimlə bağlı çox sərt yazılar dərc edirlər. Məncə, hər kəs bərabər olmalıdır. QHT-lər lazımi qədər şəffaf deyillər. Burada hər hansı toxunulmazlıqdan söhbət gedə bilməz”.

Azərbaycanda siyasi məhbuslarla bağlı suala isə nazir “Azərbaycanda siyasi məhbus yoxdur, bu baxımdan sual da fərziyyədir” deyərək əlavə şərh verməkdən imtina edib.

OXŞAR XƏBƏRLƏR