Müxalifət Rüstəm İbrahimbəyovun yardımını xatırlamır

SİYASƏT
12:40 03.05.2013
2557

Vaxtilə xalq hərəkatının rəhbərliyində olan Arif Hacılı və Hikmət Hacızadə kinodramaturqun bu yardımlarından məlumatsız olduqlarını bildirdilər.

Kinodramaturq Rüstəm İbrahimbəyovun son müsahibəsi maraqlı məqamlarla zəngindir. Həmin müsahibədə R.İbrahimbəyov müxalifətlə yaxın olmadığını, nə İsa Qəmbərlə, nə də Əli Kərimliilə indiyə qədər heç vaxt görüşmədiyini xüsusi olaraq vurğulayıb. Ancaq tanınmış kinodramaturq Əbdürrəhman Vəzirovun və Ayaz Mütəllibovun hakimiyyəti dönəmlərində müxalifətə yardım etdiyini açıqlamağı da unutmayıb: “...15-20 il öncə vəziyyətləri çətin olanda - Vəzirovun, Mütəllibovun vaxtında - onlara əlimdən gələn köməyi edirdim. Bunlar məlumdur”. Təbii ki, Rüstəm İbrahimbəyovun “...onlara əlimdən gələn köməyi edirdim” deyərkən hansı yardımlarını nəzərdə tutduğu maraq doğurur. Ona görə də R.İbrahimbəyovun dediyi dövrdə müxalifətin - AXC-nin rəhbərliyində yer almış siyasətçilərdən bu barədə məlumat almağa çalışdıq. Həmin dövrdə AXC-nın rəhbərliyində olan Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Rüstəm İbrahimbəyovun müxalifətə yardımları barədə məlumatsız olduğunu bildirdi: “Mənim belə yardımlardan xəbərim yoxdur”. Arif Hacılı onu da vurğuladı ki, onun AXC rəhbərliyindəki fəaliyyət istiqamətləri maliyyə məsələlərindən kənar sahələri əhatə edirdi. Ona görə də A.Hacılı əgər hətta Rüstəm İbrahimbəyov o dövrdə kimlərəsə maliyyə və yaxud hansısa başqa məzmunlu dəstək vermiş olsa belə, bu barədə məlumatsız olmasını normal hal hesab edir. Vaxtilə AXC-nin rəhbərlərindən olmuş politoloq Hikmət Hacızadədə Rüstəm İbrahimbəyovun müxalifətə haqqında danışdığı yardımları barədə məlumatsız olduğunu vurğuladı: “Mənim Rüstəm İbrahimbəyovun AXC-yə yardımları barədə heç bir məlumatım yoxdur. Ancaq Rüstəm İbrahimbəyov həqiqətən də AXC-yə yardım edibsə, daha doğru olardı ki, bunu özü açıqlayıb, dediklərinə aydınlıq gətirsin”. Ancaq H.Hacızadə o dövrdə Rüstəm İbrahimbəyovun müxalifəti qane edəcək mövqedən çıxış etdiyini unutmayıb. Onun sözlərinə görə, R.İbrahimbəyov Dağlıq Qarabağ mövzusunda daha fəal mövqe tutmaqla diqqəti çəkirdi: “O dövrdə əksər ziyalılar Dağlıq Qarabağ məsələsi ilə bağlı açıq danışmaqdan çəkinirdilər. Ancaq R.İbrahimbəyov həmin ziyalılardan fərqli olaraq, Qarabağ mövzusunda AXC ilə oxşar mövqedən çıxış edirdi. Məncə, bunu da dəstək hesab etmək olar”. Eyni zamanda H.Hacızadə, kinodramaturqun başqa məzmunlu yardımlarının ola biləcəyini də istisna etmir. Onun sözlərinə görə, həmin dövrlərdə çoxları müxalifətə yardım edirdilər: “Ola bilsin ki, R.İbrahimbəyov da hansısa yardımları edib. Ancaq həmin dövrdə edilən yardımlar qeydə alınmırdı. Ona görə də indi kimin yardım edib-etmədiyini dəqiqləşdirmək çətindir”.

"Yeni Müsavat"

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb