Müxalifət yenə də saxta söz azadlığı altında anarxist fəaliyyətlə məşğuldur

Müxalifət yenə də saxta söz azadlığı altında anarxist fəaliyyətlə məşğuldur
KÖŞƏ
13:14 19.04.2024
647
21 aprel tarixində müxalifət mitinq keçirməyə hazırlaşır. Azərbaycan Respublikası həmişəki kimi öz demokratik dövlət olduğunu habelə söz və mətbuat azadlığının mövcud olduğunu göstərərək müxalifətə mitinq keçirməyə icazə verib.
 
Görəsən, müxalifət əvvəlki mitinqlərdə, çıxışlarda olduğu kimi bu dəfə də asayişi pozacaqmı?
 
Azərbaycanın qəhrəman polisi bu qanun pozuntularına müdaxilə etdikdən sonra radikal müxalifət adlandırılan Milli Şura və oradakı hökumətə qarşı çıxan "kuklalar" yenə polis, hüquq-mühafizə orqanlarını günahkar hesab edəcəklər.
 
Hər zaman olduğu qədər günahı öz boyunlarından ataraq Avropaya, Amerikaya saxta bəyanatlar göndərərək Azərbaycanda söz azadlığının olmadığını saxta "danos"larla göstərməyə çalışacaqlar. Təbii ki, özünü demokratik sayan ölkələrin əksəriyyətinin Azərbaycanda səfirliyi var və onlar bu hadisələri yaxından izləyir, ölkəmizlə müxtəlif sahələrdə əməkdaşlıqlar edirlər. Azərbaycana həm siyasi, həm iqtisadi tərəfdaş kimi baxirlar. Bunun səbəbi onların Azərbaycanın insan haqlarına və söz azadlıqlarına göstərdiyi qayğını, bu yolda aldığı strateji qərarları görmələridir. Dünya üzərində hər hansı demokratik ölkədə müxalifət mitinq keçirmək istəyərkən mitinq üçün hər hansiəa səbəb bəyan edir, ancaq bizim ölkəmizdəki saxta müxalifət adlanan təlxəklər qalib prezidentdə, qalib xalqa nə bəyan edəcəyini bilmir. Çünki həmin şəxslərin özləri də çox yaxşı bilirlər ki, onlarin keçirdiyi mitinqlərə sadəcə müxalifətin dələduz başçılarının bir-iki tanışı və qohumlarından başqa heç kim gəlməyəcək.
 
Onlar bu saxta toplanışlarıyla, etirazlarıyla sadəcə özlərini gülünc vəziyyətə salmaqdan savayı heç bir nailiyyət əldə etməyəcəklər. Artıq müxalifət feyk söz azadlığı altında öz anarxist fəaliyyətiylə məşğul olur, öz bölücü düşüncələrini xalqa aşılamağa çalışırlar.

Onlar hakimiyyətdən nə istəyə bilərlər ki? Sanki neçə il öncə Qarabağ uğrunda döyüşlərin mənasız oldugunu deyən "Vətənin əsl qəhrəmanlar"ı bunlar deyildi?
 
Müxalifətin heç hakimiyyətə edəsi, istər siyasi, istər iqtisadi, istərsə də mədəni bir dənə belə təklifi yoxdur. Bunun başlıca səbəbi onsuz bütün sahələrdə dövlət strategiyaları hazirlanır, ciddi addimlar atılır və aidiyyatı qurumlar tərəfindən bu işlərə xususi nəzarət edilir.
 
Çox keçmişə baxmağa ehtiyac yoxdu, sadəcə yaxın dövrlərə baxsaq, siyasi arenada Avropa birliyinə, ordakı "tərəfsiz" münasibətlərə Prezident İlham Əliyevin Azərbaycanın güclü dövlət olduğunu ve ədalətsizliyin olduğu yerdə durmayacağı reaksiyası artıq Azərbaycanın 1990-cı illərdəki Azərbaycan olmadığını, istər daxili, istər xarici işlərində heç kimin müdaxiləsinə icazə vermədiyini, qat-qat güclü ölkəmizin olduğunu sübut etdi.

Mədəniyyət sahəsində də hər gün ölkədə yeni inkişafı görürük. Bəzi dövlətlər kimi sadəcə paytaxtda deyil, ölkəmizin dilbər guşələri olan Gəncədə, Şuşada, bir sözlə ölkəmizin bütün ərazilərində inkişafla qarşılaşırıq. İlham Əliyevin son səfəri 9 aprel Gəncə şəhərinə olmuşdur ve biz burada gördük ki, Gəncə bütün sahələrdə necə inkişaf dinamikası yaşayır. Prezidentin sərəncamı ilə icra orqanları daimi fəaliyyət göstərirlər. Prezident Gəncəyə səfəri zamanı ölkənin ən böyük idman kompleksinin açılışından iştirak etdi ve 12 aprel tarixində Gəncə şəhəri MDB-nin 2025-ci ildə "idman paytaxt"ı elan edildi.
 
Bundan savayı, cənab Prezident İlham Əliyev şəhər əhalisinin uzun müddətdir narazı öldugu futbol stadionun da təməl qoyma mərasimində iştirak etdi.

Günümüzdə bu inkişafları saymaqla bitirə bilmərik, ancaq bunu əminliklə deyirik ki, müxalifət öz mənfi və ziyanverici düşüncələrinə nail ola bilməyəcək. Ən azı cəmiyyət, millət və dünyada yaşayan 50 milyon Azərbaycan xalqı buna imkan verməyəcək. Çünki xalq, dünya azərbaycanlıları göydə yalnız Allaha, yerdə isə yalnız Ali Baş Komandanına, Prezidentinə inanır. Qeyd etdiyim bütün nüanslara da fakt olaraq 7 fevral 2024-cü il tarixində keçirilmiş növbədənkənar prezident seçkilərini nümunə göstərmək olar. Azərbaycan xalqı bu tarixdə öz prezidentinə hamılıqla səs vermiş və 92.12 faiz səslə dövlət başçımız yenidən bu müqəddəs respublikanın prezidenti seçilib.
 
İlkin Mustafayev
OXŞAR XƏBƏRLƏR