‘Müxalifət yeni bir qrum yaratmaqla, hər hansı bir uğur əldə edə bilməyəcək’ - Aydın Mirzəzadə

‘Müxalifət yeni bir qrum yaratmaqla, hər hansı bir uğur əldə edə bilməyəcək’ -  Aydın Mirzəzadə
SİYASƏT
13:11 03.06.2013
1603

“YAP-ın qurultayının keçirilmə tarixinin “Milli Şura”ya görə irəli çəkilməsi fikri düzgün deyil”.

AZXEBER.COM-un məlumatına görə, “Azadlıq” qəzetinin bu günkü sayında YAP-ın avqustda keçirməyi planlaşdırdığı qurultayın tarixinin irəli çəkilməsi ilə bağlı bəzi məlumatlar dərc edilib. Qəzetin yazdığına görə, YAP-ın qurultayı avqust ayına nəzərdə tutulub, lakin bir neçə gün əvvəl bəlli olub ki, qurultayın vaxtı irəli çəkilib. Hakim partiya ali toplantısını iyunun 7-də keçirməyi planlaşdırır.

AZXEBER.COM məsələylə bağlı hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, millət vəkili Aydın Mirzəzadənin münasibətini öyrənib. Millət vəkili qurultayın keçirilmə tarixinin dəyişdirilməsinin “Milli Şura” ilə heç bir əlaqəsinin olmadığını bildirib.

Onun fikrincə qurultayın irəli çəkilməsinin əsas səbəblərindən biri rayon təşkilatlarında bu konfransın keçirilmə proseslərinin yekunlaşmasıdır.

“YAP-ın qurultayının keçirilmə tarixinin Milli Şuraya görə irəli çəkilməsi düzgün fikir deyil. Bunlar bir-biri ilə əlaqəli olmayan məsələlərdir. Qurultay seçkiöncəsi keçirilməli idi, bu öncədən elan edilmişdir. O ki, qaldı onun keçirilmə tarixinə, bunun hansı tarixə təsadüf etməsinin heç bir fərqi yoxdur. Rayon təşkilatlarında bu konfrans keçirildikdən sonra qurultayın iyunda keçirilməsi qərara alındı ”.

Deputat“Milli Şura”nı müxalifətin növbəti uğursuz layihəsi kimi qiymətləndirib:

“O ki, qaldı Milli Şuranın fəaliyyətinə, demokratik ölkədə hər bir qrupun birlik yaratmaq hüququ var. Əvvəllər də olduğu kimi müxalifət bu dəfə də yeni bir qrum yaratmaqla, hər hansı bir uğur əldə edə bilməyəcək. Bu həmin adamlardır ki, 1995-ci ildə Demokratik Konqres, 2002-ci ildə Azadlıq, 2005-ci ildə Bizim Yol kimi yeni layihələr yaratdılar. Bunlar eyni adamlardır və vaxt aşırı yeni adlarda birliklər, şuralar yaradırlar. Ancaq ümumi götürdükdə bu dəfə də yaradılan şura uğursuz olacaq”.

Fatimə İbrahimova

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Azərbaycan-Vyetnam əlaqələri yeni deyil"
11:14 10.05.2025
"Azərbaycan-Vyetnam əlaqələri yeni deyil"
Ceyhun Mirzəyevin qızının SON HALI
11:09 10.05.2025
Ceyhun Mirzəyevin qızının SON HALI
Prezident Ağdamın Kəngərli kəndinə köçən sakinlərə evlərinin açarlarını təqdim etdi
11:00 10.05.2025
Prezident Ağdamın Kəngərli kəndinə köçən sakinlərə evlərinin açarlarını təqdim etdi
Bu il ərzində 500-dən artıq hərbçi dövlət hesabına mənzillərlə təmin edilib
10:46 10.05.2025
Bu il ərzində 500-dən artıq hərbçi dövlət hesabına mənzillərlə təmin edilib
Leyla Əliyeva və Arzu Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirildi
10:31 10.05.2025
Leyla Əliyeva və Arzu Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirildi
Ağdaşda bir nəfər kanalda batıb
10:16 10.05.2025
Ağdaşda bir nəfər kanalda batıb
Prezident Ağdamın Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak etdi
10:06 10.05.2025
Prezident Ağdamın Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak etdi
Pakistan Silahlı Qüvvələri Hindistan aerodromunun məhv edildiyini açıqladı
10:04 10.05.2025
Pakistan Silahlı Qüvvələri Hindistan aerodromunun məhv edildiyini açıqladı
Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanı ziyarət ediblər
10:03 10.05.2025
Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanı ziyarət ediblər
İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib
10:00 10.05.2025
İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib
Hakan Fidan: Yaxın Şərqdə müharibə genişlənə bilər
01:47 10.05.2025
Hakan Fidan: Yaxın Şərqdə müharibə genişlənə bilər
İlham Əliyev Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar paylaşım edib
00:12 10.05.2025
İlham Əliyev Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar paylaşım edib
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür
00:10 10.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür
ABŞ Rusiya və Ukraynanın 30 günlük atəşkəsə razılaşacağına ümid edir
23:59 09.05.2025
ABŞ Rusiya və Ukraynanın 30 günlük atəşkəsə razılaşacağına ümid edir
“Azərbaycanla müharibə olmayacaq” - Paşinyan
23:45 09.05.2025
“Azərbaycanla müharibə olmayacaq” - Paşinyan
“Fənərbaxça” səfərdə inamlı qələbə qazanıb
23:38 09.05.2025
“Fənərbaxça” səfərdə inamlı qələbə qazanıb