Qazaxıstanın Almatı şəhərində müxalifət mitinq keçirib.
Mitinqdə müxalifət yönümlü təşkilatların yüzlərlə nümayəndəsi iştirak edib. Mitinq Abayu abidəsinin önündə ötən ilin dekabrında Janaozen şəhərindəki hadisələrin qurbanlarının ruhuna dua oxunması ilə başlayıb. Müxalifətin mitinqində vətəndaş cəmiyyətinin fəalları və ictimai xadimlər çıxış ediblər. Janaozen hadisələrində günahkar olanların araşdırılaraq məsuliyyətə cəlb edilməsi çağırışları səsləndirilib. Aksiya insidentsiz başa çatıb.