Müxalifətin aksiyası 'facebook'da necə qarşılandı? - Status + Fotolar

Müxalifətin aksiyası
SİYASƏT
01:20 19.08.2013
4235
Xəbər verdiyimiz kimi, müxalifətin radikal qanadının birləşdiyi Milli Şuranın (MŞ) bu gün Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə razılaşdırılmış mitinqi keçirilib.
Mitinq sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Aktiv gənclər və jurnalistlər Milli Şuranın aksiyasını belə şərh ediblər: 
Gülsel Səfərova:  "Namizədsiz müxalifəet Milli Şurasının mitinqi: yenə dağınıqlıq, ünvanı bəlli olmayan şüarlar, xaotik insanlar. Nə siyasi platforma var, nə vahid namizəd, nə də ki, sosial baza.... Seçkiyə 2 aydan az vaxt qalır, İbrahimbəyov isə məktub göndərməkdə davam edir. Ssenari çox uğursuz yazıldı". 
Fərid Şahbazlı:  “Milli Şuranın mitinqində səslənən musiqilərdən belə anladım ki, bir azdan insanlara pulsuz film də göstərəcəklər... Nə də olmasa liderleri kinoçəkən Rüstəm bəydir..!)
Rauf Mərdiyev: "Deyilənə görə müxalifətin bugünkü mitinqi "Sən gəlməz oldun" mahnısı ilə başlayacaq. ‪#‎Lidersizmitinq‬"
Hacıbəy Heydərli: Deyəsən, axırda müxalifətin vahid namizədi Femen qrupu olacaq. Adamlar Femenin üzvlərini Rüstəm Ibrahimbəyovdan daha çox gozleyirler...)
Turxan :
"Maraqlıdır, görəsən mitinqdə keçən ilki kimi ölkədən qaçmağa bəhanə tapan olub?"
Amil Cavadov: "Müxalifətin bu günkü mitinqə çağırış şüarları: “18 avqust mitinqinə gəlməyənə qız verilməyəcək”, “Yaxşı oğlan mitinqdə tanınar”.
Fərahim İlqaroğlu: "İctimai Palatanın 22 Aprel mitinqi bundan daha gücülü idi...Bunu bugünkü mitinqi işləyən jurnalist dostlarım da söylədilər...Təkcə N!DA-çılar aktivlik göstərirdilər...
Çingiz Bayramov: "Çox şükür ki, gənclərimizin Milli Şüuru yerindədi. Bu günkü mitinqi Milli Şüur nə olduğunu bilən heç bir Millətçi gənclərimiz dəstəkləmədi. Azərbaycan Gəncləri əmindi ki, Milli Şura yox millilikdən uzaq olan "Şura" var".
Fuad Əskərov: Müxalifət fəxr edir ki, 500-600 insanı bir araya toplaya bilib. "Druzya" fb da ``gələcəyəm gələcəyəm gəl desən`` deyənlərə güvənməyin . Siz gözlədiyiniz kütlə gəlməyəcək . Qonşular, dost-tanış və qohumlarla miting olmaz. Eyni simalar eyni insanlar eyni ifadələr . ‪#‎Lidersizmitinq‬
Mahir Məmmədli: 
İsa Qəmbər: Özfəaliyyətiniz elə bundan ibarət idi? Meydandakıların hamısı bizim adamlardır. Sizinkilər hanı bəs?
Eldəniz Quliyev: Gələcəklər, İsa bəy, vallah gələcellər. EL hәrәkatı dördmәrtәbәli binada ofisi neynirdi? O ofisdәki otaqların sayı qәdәr adamları yoxdur axı.
AZXEBER.COM
OXŞAR XƏBƏRLƏR