Müxalifətin mitinqinə qatılan tanınmış aktyor işdən çıxarıldı: ""Azdrama" təsdiqlədi"

Müxalifətin mitinqinə qatılan tanınmış aktyor işdən çıxarıldı: ""Azdrama" təsdiqlədi"
SOSİAL
14:34 18.10.2017
4952

Əməkdar artist Ayşad Məmmədov Akademik Milli Dram Teatrındakı işindən azad olunub.

Teatrdan APA-ya verilən məlumata görə, aktyor işdən öz ərizəsi əsasında çıxarılıb.

"Aktyor bu barədə teatr rəhbərliyinə müraciət edib və rəhbərlik onun istəyini qəbul edib. Ayşad Məmmədovla bağlanmış əmək müqaviləsinə xitam verilib”, - deyə teatrdan bildirilib.

Xatırladaq ki, Ayşad Məmmədov Milli Şuranın son mitinqində iştirak etmişdi və onun işdən çıxarılmasının bununla bağlı olduğunu deyilir.

OXŞAR XƏBƏRLƏR