Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının mitinqlə bağlı müraciətinə cavab verib.Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri deyib ki, Bakı Şəhər İcra Hakimiyyətində müraciətə baxılıb və partiyanın sentyabrın 18-də, saat 17:00-dan 19:00-dək Yasamal rayonundakı İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul") mitinq keçirməsinə razılıq verilib.BŞİH Milli Şuranın da mitinqlə bağlı müraciətinə cavab verib.