Müxalifətin mitinqinə sosial şəbəkələrdə reaksiya - FOTOLAR

SİYASƏT
23:00 12.10.2014
3087
Xəbər verdiyimiz kimi, özünü birləşmiş müxalifət adlandıran Milli Şura bu gün "Məhsul" stadionunda mitinq keçirib.
Mitinqdə Milli Şuraya daxil olan qurumlarla yanaşı Müsavat Partiyası, islamçıların və digər müxalifyönlü təşkilatların təmsilçiləri iştirak ediblər.
Rəsmi məlumata görə, mitinqdə cəmi 900 nəfər iştirak edib.
Birləşmiş müxalifətin növbəti dəfə fiaskoya uğraması və mitinqdə İŞİD-çilərə dəstək məqsədilə bayrağın qaldırılması sosial şəbəkələrdə də birmənalı qarşılanmayıb.
AZXEBER.COM-un əməkdaşının mitinqdə çəkdiyi foto portalın 297 minlik rəsmi "facebook" səhifəsində yerləşdirilib. İstifadəçilər meydanın boş olmasını əks etdirən fotoya kəskin reaksiya verib və müxalifət liderlərini tənqid edib:
Həmin şərhlərdən bəzilərini təqdim edirik:
Elnur Əliyev: Müxalifət görün nə günə qalıb ki, İŞİD-in ümidinə qalıb. Bunların məqsədi ölkəmizi parçalamaqdır.
Gülnar Qurbanova: Bunların deyin bir az aralı dayansınlar və çox görünsünlər.
Elçin Əzizli: Sumqayıt - Rəvan oyununa bundan çox adam gəlir. Stadiona hörmət edin, qoyun çox adam gəlsin.
Eldar Qurbanəliyev: İnsan görün nə qədər alçaq olmalıdır ki, İŞİD-ə dəstək versin. Ayıbdır. Bunlar ölkəni uçuruma aparır.
Fərid Məmmədli: Röyanın konserti olsaydı, orada yer qalmazdı. İsayla Əli də Röyayla duet oxuyardı.
Vüsal Məmmədov:Mitinqdə İŞİD-in də bayrağı qaldırılıb... Prinsipcə, niyə də yox? Hakimiyyətə gəlmək üçün Milli Şura hamılıqla İŞİD-ə də qoşular...

Cavid Süleymanov: Terror qruplaşmasının bayrağının bu mitinqdə açılmasında qeyri-adi bir şey görmürəm. Siyasi kamikadze ilə terrorist arasında elə kəskin fərq yoxdur.

Sonda onu da qeyd edək ki, Milli Şuranın mitinqi ilə bağlı müxalifətin düşərgəsində də səssizlik və məyusluq hökm sürür. Belə ki, bundan öncəki mitinqlərdən sonra sosial şəbəkələrdə "bayram" edən müxalif gənclər bu gün mitinqdən heç bir foto paylaşmayıblar. Maraqlıdır ki, mitinqin videosu da hələ ki, yayımlanmayıb. Bir sözlə, 12 oktyabr mitinqi bir daha Azərbaycan müxalifətinin nə qədər çarəsiz və bitkin olduğunu ortaya qoydu. 

Hacıbəy Heydərli
OXŞAR XƏBƏRLƏR