"Müzəffər, qalib xalqın qalib idmançıları"

"Müzəffər, qalib xalqın qalib idmançıları"
SOSİAL
10:36 11.04.2022
252
Azərbaycanın ən qədim milli idman növlərindən biri və əsası idmanın güləş növüdür. Bu bizim əzəldən döyüşkənliyimizi ifadə edir. Xalqımız yaranışdan döyüşkən xalq olub. Pəhləvanlarımız el şənliklərində, milli bayramlarda qurşaq tutar, güləşərdilər. Ən çox pəhləvanlar əsasən türk milliyyətindən olur. Pəhləvanlıq türkün yenilməzliyinin ifadəsi, göstəricisidir. Xalqımız həmişə qürurlu, yenilməz, məğlubolmaz  olub.

Təsadüfi deyildi ki, Ermənistan ordusu Azərbaycana təcavüz edərkən və 30 il Azərbaycan torpaqlarını işğal altında saxlayaraq talan edərkən dünyanın bir çox güclü ölkələri Ermənistanı dəstəkləyir, onlara hər cür köməklik göstərirdi. Lakin Azərbaycan xalqı sınmadı, mübarizə apardı və Azərbaycan pəhləvanları - oğulları bir dəfə ayağa qalxdı və erməni quldurlarının havadarlarının sayəsində işğal etdikləri torpaqlarımızı 44 gün ərzində döyüşərək geri aldılar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "İkinci Qarabağ müharibəsi zamanı mənfur düşmən döyüş meydanında məğlub olarkən, qaçarkən 10 min fərari verərkən ən çirkin əməllərə əl atmışdır. Erməni ordusu dinc insanlara qarşı terror əməllərinə əl atmışdır. Bizim şəhərlərimiz, dinc şəhərlərimiz gecə vaxtı ballistik raketlərlə atəşə tutuldu. 100-dən çox dinc insan, onların arasında uşaq, yaşlı, qadın bu namərd atəş nəticəsində həlak oldu”.

Ermənilər dinc əhalini atəşə tutduğu halda Azərbaycan əsgəri heç bir dinc erməni əhalisinə zərər verməmiş, yalnız düşmənlə döyüş meydanında üz-üzə gələrək onlara layiqli cavab vermişdir. 

Belə döyüşkən, pəhləvanlar yetirən ulu bir xalqın övladları yalnız belə olmalıdır - mərd-mərdanə döyüşməli, qələbə çalmalı, müzəffər olmalıdır. 
Döyüşdə, vətən uğrunda, haqq savaşında qalib olan Azərbaycanın idmançıları bu gün diqqət mərkəzindədir. Odur ki, indiki bir vaxtda Azərbaycana hər sahədə yalnız qələbə yaraşır. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Cəmi 44 gün ərzində böyük tarixi qələbə qazanmış xalqı təmsil etmək həm böyük qürurdur, həm də böyük məsuliyyətdir.

İdmançılarımız yarışa çıxanda unutmamalıdırlar ki, müzəffər ölkəni və qalib xalqı təmsil edirlər. Həm gənclər, həm böyüklər arasında Avropada birinci yeri tutmaq böyük nailiyyətdir və bu onu göstərir ki, güləşdəki ənənələrimiz yaşayır və güclü gənc nəsil yetişir.

Əldə olunan uğurlar ölkəmizin və idmanımızın beynəlxalq nüfuzunu artırır”.

Budapeştdə keçirilən Avropa çempionatında azərbaycanlı güləşçilər qürur hissi ilə çıxış edərək qalibiyyət qazandılar. Vətənə 16 medal gətirdilər. Bu qələbə Azərbaycanın şöhrətini daha da yüksəklərə qaldırdı. Bu çempionatda 16 medaldan birini qadın idmançımız, qalan 15 medalı isə sərbəst güləş və yunan-Roma güləşi üzrə komandalarımız qazanıb və hər iki güləş növü üzrə komandalarımız Avropada birincilik əldə ediblər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Vətənpərvərliyi gücləndirən amillərdən biri tarixi-hərbi zəfərimizdir və idman uğurlarımızdır.
Gənc nəsil mütləq vətənpərvərlik ruhunda tərbiyə almalıdır, milli dəyərlər əsasında tərbiyə almalıdır və Azərbaycan dövləti buna nail olmaq üçün bütün imkanlardan istifadə edir.

İki ildən sonra Parisdə Yay Olimpiya Oyunları keçiriləcək. Gələcək yarışlarda Azərbaycan mütləq birinci sıralarda olacaq. Vaxta az qalıb və nəinki güləş, eyni zamanda, bütün idman növlərində lisenziya qazanacaq idmançılar bu əsas yarışa indidən hazırlaşmalıdırlar. Növbəti Olimpiya Oyunlarında Azərbaycan çox uğurla çıxış edə bilər. Gələcək yarışların nəticələrinə baxmayaraq əsas odur ki, idmançılarımız ölkəmizi ləyaqətlə təmsil etsinlər. Necə ki, bu günə qədər ləyaqətlə təmsil ediblər”.

Şəhla Ağbulud
"Abşeron” qəzetinin baş redaktoru

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Məhkəmə Yekaterinburqda saxlanılan Şahin Lalayevin həbs müddətini uzadıb
11:27 02.07.2025
Məhkəmə Yekaterinburqda saxlanılan Şahin Lalayevin həbs müddətini uzadıb
Hava ilə bağlı yeni xəbərdarlıq – Yaxın 20 gündə…
11:20 02.07.2025
Hava ilə bağlı yeni xəbərdarlıq – Yaxın 20 gündə…
Reyestrdən keçməyən çap media subyektlərini - 5 min cərimə gözləyir
11:09 02.07.2025
Reyestrdən keçməyən çap media subyektlərini - 5 min cərimə gözləyir
"Belə bir dünyada yaşamaqdan qorxuram" - Nura Suri
11:06 02.07.2025
"Belə bir dünyada yaşamaqdan qorxuram" - Nura Suri
Qəzza xəstəxanalarında elektrik və yanacaq böhranı: Fəlakət qaçılmazdır
11:04 02.07.2025
Qəzza xəstəxanalarında elektrik və yanacaq böhranı: Fəlakət qaçılmazdır
İlqar Səfərov: Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqda baş verənlərə hələ ki rəsmi mövqe bildirməyib
11:01 02.07.2025
İlqar Səfərov: Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqda baş verənlərə hələ ki rəsmi mövqe bildirməyib
Günahkarların məhkəmə qarşısına çıxarılması üçün bütün hüquqi mexanizmlərdən istifadə edəcək
10:59 02.07.2025
Günahkarların məhkəmə qarşısına çıxarılması üçün bütün hüquqi mexanizmlərdən istifadə edəcək
"Çox çalışsam da evimi kredit ilə almışam"- Gülbenden etiraf
10:59 02.07.2025
"Çox çalışsam da evimi kredit ilə almışam"- Gülbenden etiraf
AZAL təyyarəsinin ekspertizasının nəticələri yaxın zamanda açıqlana bilər
10:49 02.07.2025
AZAL təyyarəsinin ekspertizasının nəticələri yaxın zamanda açıqlana bilər
Braziliyada təlim təyyarəsi qəzaya uğradı - iki nəfər ölüb
10:42 02.07.2025
Braziliyada təlim təyyarəsi qəzaya uğradı - iki nəfər ölüb
Boşanma ərəfəsində olan məşhur model yeni sevgilisi ilə görüntülənib
10:40 02.07.2025
Boşanma ərəfəsində olan məşhur model yeni sevgilisi ilə görüntülənib
“Ziyəddin Səfərov hadisə günü Rusiya hüquq-mühafizə orqanlarının avtomobilində ölüb”
10:39 02.07.2025
“Ziyəddin Səfərov hadisə günü Rusiya hüquq-mühafizə orqanlarının avtomobilində ölüb”
“Bank of Baku”dan ekoloji təşəbbüs: Xəzərin Bilgəh sahilində tullantılar toplanılıb
10:28 02.07.2025
“Bank of Baku”dan ekoloji təşəbbüs: Xəzərin Bilgəh sahilində tullantılar toplanılıb
Şəbnəm Tovuzlu at ilə kamera qarşısına keçdi
10:26 02.07.2025
Şəbnəm Tovuzlu at ilə kamera qarşısına keçdi
Şavkat Mirziyoyev Azərbaycana rəsmi səfərə yola düşüb
10:26 02.07.2025
Şavkat Mirziyoyev Azərbaycana rəsmi səfərə yola düşüb
Zaxarova: “Azərbaycanla aramızı vurmaq istəyənlər çoxdu”
10:11 02.07.2025
Zaxarova: “Azərbaycanla aramızı vurmaq istəyənlər çoxdu”