Nura Bakinskaya“Muzeyə qoyulmalı kişi”- necə olmaq olar???
Xalqın önündə söz verirəm! Nə vaxtsa vəzifəyə gəlsəm, kişilər üçün xüsusi muzey açacam. Bu cümləni oxuynda ilk nə düşündüyünü bilirəm amma əmin ol həmin muzeydə qadına aid bir çöp belə olmayacaq. Həqiqət nə qədər ağır olsa da, qəbul edib, həyatda hər şeyi öz adı ilə çağırmaq lazımdır. Statistika hər doğulan on uşaqdan yeddisinin oğlan olduğunu göstərir amma gəlin qəbul edək ki, ölkədə normal kişilərin sayı gün keçdikcə azalmaqdadır. Məhz bu səbəbdən də, onları xüsusi nüsxə kimi qoruyub, muzeydə saxlayıb, gələcək nəsillərə örnək göstərib, saylarını artırmaq lazımdır. Yoxsa bu ölkədə boşanma da artar, zorlama da, qətllər də, oğurluq da, lap belə dələduzluq da... Kişilər üçün olan muzeyimdə ilk və ən gözəl yeri əsgərliyini keçmiş, xüsusilə də döyüş bölgəsində əziyyət çəkmiş, düşmənlə vuruşmuş olanlara ayırtdıracam. Qoy gələcək nəsillər onları örnək alsın və düşmənin gözünə dik baxsın. İkinci sırada ata puluna, əmi tapşırığına deyil, biliyinin hesabına təhsil alıb, özünə gün ağlayanlara yer verəcəm. Gələcəyimiz kimdənsə aslı olmağı deyil, öz hesabına yaşamağı öyrənsin, çətinliklərdən də qorxmasın. Üçüncü yerdə valideyninə hörmət edib amma onlardan heç bir fikir aslılığı olmayanlar olacaq. Öz düşüncəsi ilə hərəkət edib, heç kimin sözünə qulaq asmayıb, öz başına dik duranlar. Hətta bunu edə bilmək üçün bəzi əziyyətləri gözə alanlar. Bu gün nəinki çox kişilərin ana sözü ilə oturub durduğunu hətta bəzilərinin alt paltarının belə anaları tərəindən alındığını nəzərə alsaq, bu üçüncü növ olanları hər an diqqətdə saxlayıb, qorumaq lazımdır. Dordüncü yerdə isə gözü tox olanlardır. Hər gördüyü qızın ardınca qaçmayan, sağa sola sevgi sözləri saçmayan, qısa ətəklisinə, incə bellisinə baxmayan, qız üçün ağzının suyu axmayan və.s kimi xususiyyətləri olan normal oğlan. Beləsi indi bu zəmanədə harda var deyə sorusursansa bizim muzeydə söz verirəm olacaq. Və sonuncu, beşinci yerin sahibi yaraşıqlı olanlardır. Hündür boylu, yaşıl gözlu, şux qamətli, güclü biləkli. Hər qız yaraşıqlı oğlan deyəndə beləsini düşünər təbii ki, amma söhbət ürəyi yaraşıqlı olanlardan gedir. Qəlbinin gözü kor olanı göz rəngi ya yaşıl olsun, ya qara, ya mavi inan ki, heç fərq etməz. Amma ürəyi gözəl olan kişidən heç bir qadın əl çəkməz. Odur ki, bu yazını oxuyandan sonra zəhmət olmasa otur və bir az düşün. Çürüyüb yox olmaq istəyirsən yoxsa bütün qadınların arzusu olan “Muzeyə qoyulmalı kişi olmaq?. Artıq seçim sənindir.