"Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı 30 illik diplomatik dialoqlar bir nəticə vermədi, Azərbaycan hərb yolu ilə qanuni haqqını təmin etdi”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 2020-ci ilin yekunlarından danışarkən bildirib.
O, Azərbaycana türk milləti olaraq dəstək verdiklərini də vurğulayb: "Amma Azərbaycana qardaş olaraq deyil, həm də haqlı olduğu üçün dəstək verdik. Bundan sonra da Azərbaycana dəstəyi davam etdirəcəyik”.