Mövlud Çavuşoğlu: "Dostluq" ordenini almaqdan şərəf və qürur duydum"

Mövlud Çavuşoğlu: "Dostluq" ordenini almaqdan şərəf və qürur duydum"
SİYASƏT
11:37 08.02.2020
5054
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu "Twitter" səhifəsində Azərbaycanın "Dostluq" ordeni ilə təltif olunması ilə bağlı paylaşım edib.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, paylaşımda deyilir:

"Hörmətli Prezident İlham Əliyevin əlindən "Dostluq" ordenini almaqdan şərəf və qürur duydum".

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev fevralın 5-də Bakıda Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunu qəbul edib. Dövlət başçısı ona Azərbaycanın "Dostluq" ordenini təqdim edib.
OXŞAR XƏBƏRLƏR