Mövlud Çavuşoğlu: “Əfqanıstandan 1 404 nəfəri təxliyə etmişik”

Mövlud Çavuşoğlu: “Əfqanıstandan 1 404 nəfəri təxliyə etmişik”
DÜNYA
14:34 24.08.2021
675
"Türkiyə Əfqanıstandan 1 404 nəfəri təxliyə edib".

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu uruqvaylı həmkarı ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, evakuasiya olunanlardan 1 061 nəfəri Türkiyə vətəndaşıdır.

"Hazırda 200 vətəndaşımız Əfqanıstandan qayıtmaq istəyindədir. 4 500 vətəndaşımız Əfqanıstandadır. Önəmli hissəsi qayıtmaq istəmədiyini bildirib”, - o qeyd edib.
 
//Report
OXŞAR XƏBƏRLƏR