Mövlud Çavuşoğlu İsveçdə Quranın yandırılmasının məqsədini açıqladı

Mövlud Çavuşoğlu İsveçdə Quranın yandırılmasının məqsədini açıqladı
DÜNYA
20:25 01.02.2023
251
"İsveçdəki təxribatların məqsədi bu dövlətin NATO-ya üzvlüyünə mane olmaqdır”.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Tallində estoniyalı həmkarı Urmas Reinsalu ilə birlg keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, konkret olaraq kimisə ittiham etmək doğru olmaz: "Əsas məsələ odur ki, orada hələ də terrorçuların fəaliyyəti davam edir. Təxribatların arxasında kimin dayanması əhəmiyyətli deyil. Mühüm olan İsveçin oxşar təxribatların qarşısını almasıdır”.

M.Çavuşoğlu bildirib ki, Türkiyənin mövqeyi kifayət qədər konkretdir: "Üçtərəfli razılaşmanın tələbləri yerinə yetirilməyənədək İsveç və Finlandiyanı NATO-ya üzvlüyünü təsdiqləməyəcəyik".

OXŞAR XƏBƏRLƏR