Bakıda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovla görüşüb.
AZXEBER.COM Trend-ə istinadən bildirir ki, bu barədə M.Çavuşoğlu "Tvitter" səhifəsində yazıb.
Nümayəndə heyəti ilə müzakirələr aparan türkiyəli nazir ölkəsinin Azərbaycana bütün beynəlxalq platformalarda dəstəyini davam etdirəcəyini bir daha təsdiqləyib.