Mövlud Çavuşoğlu Yunanıstana gedəcək

Mövlud Çavuşoğlu Yunanıstana gedəcək
SİYASƏT
14:22 26.05.2021
275
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Yunanıstana səfər edəcək.

Bu barədə Türkiyə mətbuatı yazıb.

"Gələn dəvətdən sonra bazar ertəsi Yunanıstana gedəcəyəm”, - deyə nazir bildirib.

Qeyd edək ki, Türkiyədə Mövlud Çavuşoğlu ilə yunan həmkarı Nikos Dendias arasında keçirilən görüşdə gərginlik yaşanmışdı. Mətbuat konfransında Türkiyəyə qarşı ittihamlar səsləndirən Dendiasa Mövlud Çavuşoğlu kəskin cavablar vermişdi.

OXŞAR XƏBƏRLƏR