Mövlud Süleymanlı süni tənəffüs aparatına qoşulub

Mövlud Süleymanlı süni tənəffüs aparatına qoşulub
SOSİAL
12:32 19.02.2024
163
Ötən həftə Kliniki Tibbi Mərkəzə yerləşdirilən Xalq yazıçısı Mövlud Süleymanlının vəziyyəti ağırdır, süni tənəffüs aparatına qoşulub.

AZXEBER.COM xəbər verir ki, bu barədə xəstəxananın mətbuat katibi Ruzbeh Məmməd qafqazinfo-nun sorğusuna cavab olaraq bildirib.

Onun sözlərinə görə, hazırda yazıçı huşsuz vəziyyətdədir:

"Hemodinamik göstəriciləri stabildir, kompüter müayinəsi olunub, müsbət dinamika qeyd olunur”.
Qeyd edək ki, M. Süleymanlı insult keçirib, beyninə qan sızıb. O, fevralın 15-i Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
OXŞAR XƏBƏRLƏR