“Mövqeyimizi KTMT-yə çatdırmaq üçün son fürsətdən istifadə edəcəyik”

“Mövqeyimizi KTMT-yə çatdırmaq üçün son fürsətdən istifadə edəcəyik”
SİYASƏT
17:23 24.11.2023
283
"Mövqeyimizi KTMT-yə çatdırmaq üçün son fürsətdən istifadə edəcəyik”.

Bunu Ermənistan baş naziri Nikol Paşinyan canlı yayımda vətəndaşların suallarını cavablandırarkən deyib.

O qeyd edib ki, KTMT-nin hərəkətləri Ermənistanın maraqlarına uyğun gəlmir.

N. Paşinyan bildirib ki, rəsmi İrəvan bu məsələni açıq şəkildə deyir: "İstəyirik ki, əhalidə suallar olmasın. Biz öz mövqeyimizi KTMT-yə çatdırmaq üçün son fürsətdən istifadə edəcəyik. Burada səhv edə bilmərik”.

Hökumət başçısı söyləyib ki, hazırda Ermənistanın KTMT-dən çıxması ilə qərar verilməyib: "Əsas məsələ Ermənistanın maraqlarıdır”.
 
///Report
OXŞAR XƏBƏRLƏR