İsti yay mövsümünün bitməsi və havaların getdikcə soyuması qripə yoluxma hallarının artmasına gətirib çıxarıb.
Payızda mövsümi qriplərə yoluxmanın ənənəvi hal olduğunu nəzərə alsaq, koronavirusla adi qrip viruslarını necə fərqləndirmək lazım olduğu bir çoxları üçün maraq doğurur.
AZXEBER.COM-a danışan həkim-infeksionist Natiq Əliyev deyib ki, payız ayları kəskin respirator infeksiyaların aktivləşdiyi vaxtdır:
"Payız-qış fəsli ilə əlaqədar olaraq sentyabr, oktyabr, noyabr aylarında kəskin respirator infeksiyaların aktivləşdiyi vaxt hesab olunur. Burada "Covid-19”lə bərabər eyni zamanda digər kəskin respirator infeksiyaların törədə biləcək bakteriyalarda artım görünür. Ona görə də hazırda bu dönəmlər üçün xəstələnmə halları, xəstəliklərin artımı normal olaraq yüksək statistik göstəricilər göstərə bilər, amma yaxşı tərəfi ondan ibarətdir ki, bunlarda ağırlaşmış hallar hazırdakı dönəmdə çox aşağı səviyyələrdədir. Bununla bərabər "Covid-19” da bir virus mənşəli infeksiya olduğu üçün bunların da yoluxma halı mümkündür. Yaxşı tərəfi isə insanlarda artıq vaksinasiya aparıldığına görə, qorunmuş bir immunitetləri olur”.
Həkim vətəndaşlara bəzi tövsiyələr də verib:
"Ümumiyyətlə insanlara mütləq şəkildə tövsiyəm ondan ibarət olar ki, hər il sentyabr ayında qrip infeksiyasına görə vaksinasiya, əgər xəstəliklər daha ciddi keçirirlərsə, dəfələrlə pnevmaniya keçiriblərsə, 65-dən yuxarı yaş qruplarına malikdirlərsə, xüsusi risk qrupuna daxil olan xəstələr var ki, onlar ürək çatışmazlığı olan xəstələr və ildə ən azı 2-3 dəfə pnevmaniya keçirən xəstələr üçün "Covid-19” üçün təkrar vaksinasiya aparılmasını məsləhət görürəm. İki xəstəliklər arasında klinik şikayətlər - yəni kəskin qriplər mövsümü infeksiyalar və koronavirus arasındakı kliniki şikayətlər temperaturun olması, halsızlıq kimi əlamətlər daha çox biruzə verir. Mövsümi infeksiyalarda daha çox burun-qulaq-boğaz infeksiyaları yəni yuxarı tənəffüs yollarında daha çox burunda axıntı, boğazda ağrı kimi şikayətlər özünü göstərsə də, biz "Covid”də bunlara nadir rastlaşarıq və "Covid” üçün daha xas qriplərdə 38ə qədər temperatur görsək də, biz də "Covid”də əsasən 37 temperatur görürdük. Amma bu koranavirusda 38 temperatur olmayacaq demək deyil. Ümumi statistik olaraq baxdığımız zaman belədir”.
Ayşən Mirzəyeva