Mövsümi xəstəliklərə qarşı nələr edilməlidir? - Həkim AÇIQLADI

SAĞLAMLIQ
00:05 19.10.2023
441
Mövsüm dəyişikliyi zamanı havanın qəfil dəyişməsi də xəstəliklərin asanlıqla yayılmasına səbəb olur. 

AZXEBER.COM xəbər verir ki, mütəxəssislər xüsusilə bu dövrlərdə yuxu və qidalanma qaydalarına çox diqqət yetirilməsi barədə xəbərdarlıq edib.

Ani temperatur dəyişikliyi və soyuq hava səbəbi ilə də xəstəliklər artıb.

Xüsusilə uşaqların yaşadıqları sinif otaqlarında, oyun meydançalarında və digər bu kimi mühitlərdə bakteriya, toz və çiçək tozcuqlarının miqdarı, xəstə insanlarla sıx təmasda olmaları və havasız mühitlər onların daha tez-tez xəstələnməsinə səbəb olur.

Medicana Ataşehir Xəstəxanası uşaq sağlamlığı və xəstəlikləri mütəxəssisi Hande Tanal "Mövsümi keçidlərdə uşaqlar böyüklərdən daha çox risk altındadırlar. Xüsusilə məktəb çağında olan və həftənin 5 günü ən az 5 saat qapalı mühitdə olan uşaqlar xəstəliklərdən daha çox təsirlənir", - deyə açıqlamasında bildirib.

Üst tənəffüs yolu infeksiyalarının ən çox payız mövsümündə müşahidə olunduğunu bildirən Hande Tanal deyib:

"Bu, uşaqların tez-tez qrip və soyuqdəymə xəstəliyinə tutulması və havasız mühitdə yoluxucu xəstəliklərə məruz qalması səbəbindən baş verir. Bundan əlavə, tonzillit, faringit, laringit, sinüzit və orta qulaq infeksiyaları baş verir. Uşaqlarda yuxarı tənəffüs yollarının xəstəliklərinin simptomları daha çox qızdırma, boğaz ağrısı, öskürək və asqırma kimi şikayətlərlə özünü göstərir. Qorunmaq üçün əl gigiyenasına diqqət etmək, sağlam və nizamlı yemək, xüsusilə C vitamini olan tərəvəz və meyvələrdən istifadə etmək, qapalı və izdihamlı yerlərdən uzaq durmaq lazımdır. Mövsümi dəyişikliklər zamanı havanın qəfil dəyişməsi də xəstəliklərin asanlıqla yayılmasına səbəb olur. Mövsümi dəyişikliklərlə baş verən ümumi xəstəliklərdən biri də qulaq infeksiyasıdır. Uşaqlarda qulaq və boğaz arasındakı Eustaki borusu daha qısa olduğu üçün boğaz infeksiyası qulağa doğru irəliləyə bilər. Qulağın beyinə yaxın olması səbəbilə müalicə edilmədikdə infeksiya eşitməni itirməyə səbəb ola bilər. Otağın nəmləndirilməsi, lazım gəldikdə dəniz su tərkibli dərmanlardan istifadə, burnun açıq saxlanması, boğaz infeksiyası zamanı qulaqların müayinəsi mümkün fəsadları azaldacaq. Buna laqeyd yanaşmaq olmaz”.

Ayşən

OXŞAR XƏBƏRLƏR