Mövsümün ilk “el-klasiko”sunda “Real Madrid” “Barselona”ya qalib gəldi

İDMAN
21:59 16.10.2022
304

İspaniya La Liqasında "Real Madrid” və "Barselona” komandaları arasında mövsümün ilk "el-klasiko”su keçirilib.

AZXEBER.COM xəbər verir ki, "Santyaqo Bernabo" stadionunda keçirilən qarşılaşma, "kral klubu"nun 3-1 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesabı "Real Madrid” açıb. Kərim Benzema 12-ci dəqiqə fərqlənib. 35-ci dəqiqədə Valverde Mendinin ötürməsindən sonra dəqiq oynayıb - 2:1.

"Barselona” tərəfi isə yalnız bir dəfə rəqib qapısına yol tapa bilib. Ferran Torres 83-cü dəqiqədə Levandovskinin ötürməsini dəyərləndirib.

Oyunun əsas vaxtına əlavə olunmuş 1-ci dəqiqədə Rodriqo penaltı zərbəsindən yekun hesabı müəyyənləşdirib - 3:1.

Bu nəticə ilə xallarının sayını 25-ə yüksəldən "Real Madrid” turnir cədvəlinin birinci pilləsində qərarlaşıb. Ondan 3 xal geri qalan "Barselona” ikincidir.
OXŞAR XƏBƏRLƏR