Myanma prezidenti vəzifəsini icra edən Myint Sve 74 yaşında vəfat edib.
Bu barədə ölkənin Milli Müdafiə və Təhlükəsizlik Şurası məlumat yayıb.
Qeyd edək ki, Myint Sve 2016-cı ildən vitse-prezident vəzifəsində çalışır. 1 fevral 2021-ci ildə baş vermiş hərbi çevrilişdən sonra o, hərbçilər tərəfindən devrilmiş Vin Myintin yerinə prezident səlahiyyətlərini icra edən şəxs təyin edilib.
/APA