Myanmada 4900-dan çox məhbus azad edildi

Myanmada 4900-dan çox məhbus azad edildi
DÜNYA
12:00 17.04.2025
368
Myanma milli yeni ilin ilk günündə 4900-ə yaxın məhbus üçün amnistiya elan edib.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu gün Myanmada hərbi lider general Min Aunq Hlainqin qərarı ilə ümumilikdə 4893 məhbus azad edilib.
Açıqlamada, amnistiyaya daxil olan 13 əcnəbinin azad edilərək deportasiya olunacağı da bildirilib. Amnistiya adam öldürmə və zorlama kimi ağır cinayətlərdə təqsirli bilinənləri və ya müəyyən təhlükəsizlik qanunları ilə cəza çəkənləri əhatə etməsə də, digər məhbusların cəzası azaldılıb.
 
Rəsmilər bildiriblər ki, azadlığa çıxan məhbuslar yenidən qanunu pozarsa, qalan cəzalarını çəkməklə yanaşı, yeni cinayətlərə görə də cəzalandırılacaqlar.
 
Oksana
 

OXŞAR XƏBƏRLƏR